Accessibility links

ABŞ prezidenti Barak Obama Atlantik okeanından qaynaqlanan Sendi ilə əlaqədar bir neçə gün federal hökumət komissiyasına rəhbərlik etdikdən sonra seçki kampaniyasını bərpa edib. Birləşmiş Ştatlarda seçki gününə bir həftədən az vaxt qalır.

Növbəti həftənin çərşənbə axşamı keçiriləcək seçkilərdə qalib gəlmək üçün cənab Obama əsas “döyüş meydanlarıı” kimi tanınan Viskonsin, Nevada və Kolorado ştatlarına səyahət edəcək. Bu üç ştat prezident Barak Obamanın və ya Respublikaçı namizəd Mitt Romninin həlledici 270 elektoral səs toplaya bilib-bilməyəcəyini müəyyən edəcək.

Sendi qasırğasının Nyu-Cersi ştatının sahil ərazilərini viran etməsi və Nyu-York ştatına külli miqdarda zərər vurması səbəbindən prezident Obama bazar ertəsi seçki kampaniyasını müvəqqəti saxladı. Cənab Romni də Sendi qasırğasından zərər çəkənlərə ianə toplamaq üçün bir neçə gün sərf edib.

Barak Obama çərşənbə günü Nyu-Cersi ştatının Respublikaçı qubernatoru Kris Kristi ilə birlikdə dəymiş zərərə birbaşa nəzər salmaq üçün Nyu-Cersi ştatına səyahət edib. Qubernator cənab Romninin möhkəm tərafdarı olmasına baxmayaraq prezidentin təbii fəlakətə nəzarətə götürməsini yüksək qiymətləndirib.

Çərşənbə günü Sendi qasırğasından sonra cənab Romni Florida ştatında ilk rəsmi toplantısını keçirib, lakin bu dəfə o, prezident Obamanı birbaşa tənqid etməyib.
XS
SM
MD
LG