Accessibility links

CANLI: Tramp qələbəyə yaxındır - Klinton bu gün çıxış etməyəcək [Yenilənir]


2016 U.S. presidential election map
2016 U.S. presidential election map

Hillari Klintonun tərəfdarları Nyu-York şəhərindəki Javits Mərkəzində toplaşaraq demokrat namizədin qələbəsini gözləsə də, nəticələr gözləntilərdən xeyli uzaqdır. Bir neçə dəqiqə əvvəl Klintonun kampaniya rəhbəri Con Podesta səhnəyə çıxaraq, tərəfdarlarını evlərinə getməyə səsləyib. O bildirib ki, Hillari Klinton bu gün nə qalibiyyət, nə də məğlubiyyət çıxışı edəcək. Podestanın sözlərinə görə, nəticələr çox yaxın olduğundan bu gün heç bir çıxış olmayacaq. Ekspertlər isə Hillari Klintonun bu addımının düzgün olmadığını, tərəfdaşları qarşısında çıxış etməli olduğunu bildirir. Hazırda Klinton tərəfdarları Javits Mərkəzini tərk etməkdədir.

***

Sürpriz şəkildə Pensilvaniya ştatında rəqini üstələyən Donald Trampın ABŞ prezident seçkilərində tam qələbəni təmin etməsi üçün cəmi 6 əlavə səsə ehtiyacı var. 7 ştatın nəticələri hələ açıqlanmayıb. Onlar arasında ən azı 2 ənənəzi Respublikaçı ştat da yer alır: Arizona və Alyaska.

***

ABŞ-da bu gün keçirilən prezident seçkilərdə Alyaska ştatından başqa bütün digər ştatlarda artıq səsvermə başa çatıb. Vaşinqtonda saatı ilə gecə 1:00-da Alyaska ştatında da səsvermə yekunlaşacaq. Artıq səslərin böyük bir hissəsi hesablanıb və ilkin nəticələrə görə, hələlik Respublikaçıların prezidenliyə namizədi Donald Tramp öndə gedir. Ən son ilkin hesablamalara görə, 215:245 nisbətində Donald Tramp üstünlüyü müşahidə edilir.

***

ABŞ prezident seçkilərində bəzi mühüm ştatların səsvermə nəticələri bəlli olub. Belə ki, Donald Tramp strateji hesab edilən Ohayo və Florida Ştatlarında qalib gəlməklə, müvafiq olaraq 18 və 29 səs əldə edib. Bununla da onun hesabındakı elektorların sayı 198-ə çatıb. Hillari Klinton isə başqa bir mühüm ştat hesab edilən Virciniyada qələbə qazanaraq, 13 səs əldə edə bilib.

Şimali Dakota, Cənubi Dakota, Vayominq, Nebraska, Kanzas, Oklahoma, Missuri, Arkanzas, Texas, Luiziana, Missisipi, Alabama, Cənubi Karolina, Tennessi, Kentuki, İndiana, Qərbi Virciniya, Ohayo, Florida, Montana, Aydaho

Donald Trampın qalib olduğu ştatlar

Hazırda 135:198 nisbətində Donald Tramp öndə gedir. Səsvermədə mühüm hesab edilən Miçiqan və Şimali Karolina ştatlarının nəticələri də qarşıdakı dəqiqələrdə açıqlanmalıdır.

***

ABŞ-da keçirilən prezident seçkilərində artıq 40 ştatda səsvermə başa çatıb. Respublikaçı Donald Trampla demokrat Hillari Klinton arasında güclü mübarizə müşahidə edilməkdədir. Ən son ilkin hesabalamalara görə, Donald Tramp 17, Hillari Klinton isə 8 ştatda qələbə qazanıb. Bu nəticələrə görə, respublikaçı namizədin aktivində 148 elektor, demokrat rəqibinin xeyrinə isə 104 səs ver.

İllinoy, Merilend, Delaver, Nyu-Cersi, Nyu-York, Konnektikut, Rod Aylend, Massaçusetts, Vermont, Virciniya, Kolorado, Nyu-Meksiko, Kaliforniya, Vaşinqton DC,
Hillari Klintonun qalib olduğu ştatlar

Donald Trampın qalib olduğu ştatlar: Şimali Dakota, Cənubi Dakota, Vayominq, Nebraska, Kanzas, Oklahoma, Missuri, Arkanzas, Texas, Luiziana, Missisipi, Alabama, Cənubi Karolina, Tennessi, Kentuki, İndiana və Qərbi Virciniya.

Hillari Klintonun qalib olduğu ştatlar: İllinoy, Merilend, Delaver, Nyu-Cersi, Nyu-York, Konnektikut, Rod Aylend, Massaçusetts və Vermont.

Amerika Necə Seçir: Elektoral Kollegiya
please wait

No media source currently available

0:00 0:01:06 0:00

Seçkilərin nəticəsini 50 ştat və paytaxt Vaşinqtonda keçirilən səsvermə müəyyən edir. Əhalisi çox olan ştatların Elektoral Kollegiyada elektorlarının sayı daha çoxdur. Qələbə qazanmaq üçün namizədlərdən 538 mövcud elektordan ən azı 270-ni əldə etmək tələb olunur. Elektorların sayını ölkəboyu keçirilən seçkilərin nəticəsi müəyyən edir.

***

ABŞ-da artıq 6 ştatda səsvermə başa çatıb və səslərin hesablanmasına başlayıb. Bunlar arasında mühüm ştatlar olan Virciniya, Florida və Pensilvaniya ştatları da var. Artıq Donald Trampın 2 ştatda qalib gəldiyi rəsmən təsdiq olunub. Respublikaçı namizəd İndiana və Kentuki ştatında qalib gələrək müvafiq olaraq 11 və 8 elektoral səs əldə edib. Nəzərinizə çatdıraq ki, Donald Trampın vitse-prezidentliyə namizədi Mayk Pens məhz İndiana ştatının qubernatorudur.

Demokrat namizəd Hillari Klinton isə Vermont ştatında qalib gəlməklə aktivinə 3 elektoral səs yazıb. Ekspertlər xanım Klintonun bu ştatda qələbəsini onun rəqibi olmuş prezidentliyə demokrat iddialı Berni Sanderslə əlaqələndirirlər. Vermont ştatının senatoru olan Berni Sanders Hillari Klintonun Demokrat Partiyasından namizədliyi əldə edəndən sonra onu dəstəklədiyini bəyan etmişdi.

Nəticələr daxil olduqca, onların sizinlə bölüşməyə davam edəcəyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG