Accessibility links

Seçki reklamları: Hacıyevin boş reklam yeri, İlhamla irəli və Cəmil Həsənli vergiləri azaldır, pensiyaları artırır


Rəsmi qəzetlərdə pulsuz rekalm

Rəsmi qəzetlərdə pulsuz rekalm

Prezidentliyə namizədlərin seçki şüarları müxtəlifdir

Rəsmi qəzetlər prezidentliyə namizələrin pulsuz reklamını dərc etməyə başlayıb. Reklamlar A-2 foratında dərc edilən qəzetin yarım səhifəsi həcmindədir. Namizədlər reklamı foto və ya yazı formasında dərc etdirə bilər.

Bütün rəsmi qəzetlər namizədlərin siyahısına uyğun olaraq birinci yerdə İlham Əliyevin reklamını dərc edib.

Azərbaycan qəzeti pulsuz reklamları 4-cü və 5 ci səhfələrində verib.

İlham Əliyevin reklamı plakat formasındandır. Şüarı “İlhamla irəli!”-dir.

Qəzet prezidentliyə digərnamizəd Hafiz Hacıyevin reklamının yerini boş saxlayıb. Sadəcə reklam yerində “Hafiz Hacıyevin ödənişsiz təşviqat materialının yeri“ yazılıb. Reklam yerinin boş saxlanmasının səbələbi izah edilməyib.

Zahid Orucun reklamı plakat formasındandır. Şüarı “Zəngin zəka - zəngin ölkə!”-dir.

Araz Əlizadənin reklamı foto və mətn şəklindədir. Onun şüarı “Ana, müəllim, hərbiçi!”-dir.

Xalq qəzeti pulsuz reklamlara 5-6-cı səhifələrində yer ayırıb.

İlham Əliyevin reklamı plakat şəklindədir və şüarı yenə də “İlhamla irəli!”dir.

Zahid Oruc burada foto və “Torpağım-varlığım, tarixim, mədəniyyətim” adlı məqalə ilə çıxış edib.
Sərdar Cəalaloğlu plakatını dərc etdirib. Şüarı “Yeni lider!, Yeni Həyat””-dır.

Qüdrət Həsənquliyev də plakatını dərc etdirib. Şüarı “Hədəfimiz - Parlamentli Respublika!”, “Düşüncəmizi, həyatımızı, ölkəmizi dəyişək!”-dir.

Respublika qəzeti 2-3-4-cü səhifələrində pulsuz reklam dərc edib.

İlham Əliyevin reklamı digər namizədlərdən ayrılaraq 2-ci səhifədə dərc edilib. Şüarı yenə də “İlhamla irəli!”dir.

Araz Əlizadə də “Ana, müəllim, hərbiçi!” şüarı altında paltformasını dərc etdirib.

Zahid Oruc haqqında Elşad adlı müəllifin “Amalı - vətənə xidmətdir” məqaləsi dərc edilib.

Sərdar Cəlaloğlunun standart seçki plakatı dərc edilib. Şüar yenə “Yeni lider!, Yeni həyat!”-dır.

Cəmil Həsənlinin pulsuz reklam yerində onun forosu, seçki platformasının əsas çağırışları, tərcümeyi halından məqamlar və şüarları dərc edilib.

Əsas seçki şüarları “Ədalətli cəmiyyət!”, “Ləyaqətli həyat!”, “Dəyişikliklər üçün!”-dür.

Ədalətli cəmiyyət! şüarı altında yazılıb ki, avtoritar idarəetmə sistemi ləğv olunacaq, Dağlıq Qarabağın qaytarılması üçün vahid siyasət həyata keçiriləcək: müstəqil və ədalətli məhkəmə sistemi yaradılacaq, təşkilatların qeydiyyatla bağlı problemləri aradan qaldırlacaq, korrupsiyanın köklü şəkildə aradan qaldırılması üçün bütün xalq səfərbər oluanacaq, məmurların inhisarında olmayan azad bazar iqtisadiyyatı formalaşdırılacaq, kəndlilərə təmənnasız subsidiyalar veriləcək, sosial təminatlar tam layiqli səviyyədə ödəniləcək.

Müxalifətin namziədi aşağıdakı vədləri verir: sosial vergilər 18 faizə, əlavə dəyər gergisi 15 faizıə qədər azaldılacaq; tikilən evlərin qiymətləri real dəyərinə görə ucuzlaşdırılacaq; bank kreditlərinin faizləri aşağı salınacaq; mövcud minimum əmək haqqı 105 manatdan 165 manata qaldırlacaq; pensiyaların orta məbləği 100 manat atrırılaraq 260 manata çatdırılacaq; pensiyaların məbləği 2018-ci ildə 632 manata çatdırılıacaq; dövləy məmurları, həssas qrupa daxil olanlar, uşaqlar, hamilə qadınlar, 57 yaşından yuxarı qadınlar və 63 yaşından yuxarı kişilər dövlət hesabına pulsuz sığorta paketinə malik olacaq.
XS
SM
MD
LG