Accessibility links

Rəy sorğularına görə Barak Obama Mitt Romnidən irəlidədir


Respondentlərin 49 faizi Obamaya, 44 faizi isə Romniyə dəstək verib

ABŞ seçki kampaniyası son səkkizinci həftəsinə daxil olarduğu bir vaxt keçirilən sorğuların nəticələri prezident Barak Obamanın respublikaçı Mitt Romnidən irəlidə olduğunu göstərib.

Respublikaçıların Milli Qurultayından sonra hər iki namizədi dəstəkləyənlərin sayı demək olar ki, bərabər idi. Lakin Demokratların keçən həftə keçirdiyi qurultayından sonra keçirilən sorğuların nəticələrindən prezident Obamanın dəstəyinin artdığı məlum olub.

ABŞ-da adətən prezidentliyə namizədlərin milli qurultaylardan sonra dəstəklərinin “artdığı” müşahidə olunur, lakin bu dəfə cənab Obamanın dəstəyi cənab Romni ilə müqayisədə əhəmiyyətli dərəcədə üstün olub.

Son bir neçə gün ərzində Gallup ictimai rəy sorğularının nəticələri göstərib ki, respondentlərin 49 faizi Obamaya, 44 faizi isə Romniyə dəstək verib. Rasmussen Reportsun sorğusundan Obamanın 50, Romninin isə 45 faiz dəstəkləndiyi məlum olub.
XS
SM
MD
LG