Accessibility links

Müqavimət Hərəkatı seçki qanunvericiliyinin dəyişdirlməsi ilə bağlı təkliflə çıxış edib


Səs ver
Səs ver

Müxalifət partiyaları proporsional seçki sisteminin bərpa olunmasını istəyir

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı ölkədə seçki qanunvericiliyinin islahatının əsas istiqamətlərini hazırlayıb. Bu gün keçirilən debatlarda Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli layihəni təqdim edib.

Təkliflər parlament seçkilərində qarışıq seçki sisteminin – proporsional və majoritar seçki sisteminin bərabər əsaslarla tətbiqini nəzərdə tutur. Deputatların yarısının partiya siyahısı, digər yarısının isə majoritar sistem üzrə (birmandatlı dairələr) seçilməsi təklif olunur.

Həmçinin seçki komissiyalarının formalaşdırılmasının dəyişdirilməsi təklif olunur. Əsasən seçki komissiyalarının seçkilərdə iştirak edən siyasi partiyaların irəli sürdüyü namizədlər arasından püşkatma yolu ilə formalaşdırılması, dairə və məntəqə seçki komissiyalarının rəhbərlərinin (sədr, müavin, katib) püşkatma yolu ilə müəyyənləşməsi nəzərdə tutulur.

Seçki komissiyalarının formalaşdıırlması ilə bağlı hazırkı qaydalar praktikada ona gətirib çıxarır ki, onların fəaliyyəti hökumətin nəzarətinə keçir.

Cənab Əlibəyli bildirib ki, seçkilərdə namizədlərin qeydiyyatı prosedurunun sadələşdirilməsi, namizədlərin qeydiyyatının ləğv olunması imkanlarının istisna edilməsi, bir seçicinin bir neçə namizədin xeyrinə imza atmasına icazə verilməsi, müşahidəçilərin təqdim etdikləri materialların qanuni sübut kimi tanınması, seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər imkanların yaradılması, elektron səsvermə sisteminin tətbiqi təklif olunur.

Həmçinin şikayət prosedurlarının sadələşdirilməsi, QHT nümayəndələrindən ibarət apellyasiya instansiyasının yaradılması, məhkəmələrə birbaşa şikayət hüququnun olması nəzərdə tutulur.

Bununla yanaşı, müzakirələr zamanı belə fikir söylənilib ki, məsələ təkliflərin hazırlanmasında yox, onların reallaşmasındadır. Müxalifət bundan əvvəl də seçki islahatını təqdim edib, lakin hakimiyyət qanunvericiliyi daha da sərtləşdirib.
Bununla əlaqədar bəzi iştirakçılar siyasi qüvvələrin və vətəndaş cəmiyyəti institutlarının geniş spektri tərəfindən ümumi təkliflərin hazırlanmasına və müdafiə edilməsinə tərəfdar olduqlarını bildiriblər.

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı bu ilin yanvarında Klassik Azərbaycan Xalq Cəbhəsi, Açıq Cəmiyyət, Azadlıq, Aydınlar, Liberal Demokrat partiyaları və bir sıra QHT tərəfindən yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG