Accessibility links

Meyxana “Demokratiya naminə İncəsənət” (Art for democracy) kampaniyasının layihəsi əsasında hazırlanıb


“Demokratiya naminə İncəsənət” (Art for democracy) kampaniyası 16 oktyabr 2013-cü ildə prezident seçkilərinin keçiriləcəyini nəzərə alaraq, seçki fəallığının artırılması, seçkilərin azad və ədalətli keçirilməsinin əhəmiyyətini təşviq etmək üçün bu istiqamətdə fəaliyyətə başlayıb. Bu fəaliyyət çərçivəsində “Azad seçkilərə çağırış adlı” meyxana hazırlanıb.

Öz növbəsində kampaniya bəyan edib ki, bu fəaliyyət hər hansı siyasi qüvvənin və ya siyasətçinin dəstəklənməsinə deyil, yalnız seçici fəallığının artırılmasına və seçkilərin təşviqinə yönəlib.

“Demokratiya naminə incəsənət” kampaniyası İnsan Hüquqları Klubu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşəbbüsüdür. Bu kampaniya özündən əvvəlki “Demokratiya naminə musiqi” (Sing for democracy) kampaniyasının davamı olmaqla incəsənətin müxtəlif formaları vasitəsi ilə Azərbaycanda insan hüquqları və demokratik islahatları təşviq edir.
XS
SM
MD
LG