Accessibility links

Seçkidən sonra ABŞ-da dindarlar ölkədə sülh üçün dua edir [Video]


Birləşmiş Ştatlar boyu kilsə, məscid və sinaqoqlardakı dindarlar bu həftəsonu ölkənin gələcəyi üçün dua ediblər. Amerikalıların ötən həftə keçirilən seçkinin nəticələrini sevinclə və ya etirazla qarşılamasından sonra dindarlar suallara cavab tapmaq istəyir.

Ölkə boyu, eləcə də Nyu-Yorkda dindarlar ilahidən kəlamları eşitmək üçün bir araya gəlib.

“Əgər siz hər hansı qorxuya təslim olsanız, o sizi məhv edər.”

Əgər Allah Barak Obamanın prezident olmağını istəməsə idi, o, prezident olmazdı. Eynilə əgər Allah Donald Trampın prezident olmağını istəməsə, o da prezident olmazdı.

Bəzi sözlər təsəlli verir. Bəziləri isə ruhlandırır.

“Mən bu gün Allahın bizim yanımızda olduğunu bilmənizi istəyirəm.”

İnsanlar bu sözləri qəbul edir. Bəziləri bunu daha sürətli şəkildə, bəziləri isə daha yavaş öyrənir.

“Mən bunu yavaş-yavaş anlamağa çalışıram.”

Nyu-Yorkda yerləşən Staten İsland ibadətgahında konqreqasiya üzvləri zorakılıqdan narahatdır.

“Mən etirazçıları anlamıram. Biz Trampın arxasında durub onu dəstəkləməliyik.”

Ravvin Yoxanan mübahisələri həll edir.

“Onlar soruşur ki, ‘Allah demokratdır, yoxsa respublikaçı?’ Mən isə ‘hər ikisidir’ deyirəm.”

Kiçik şəhərlərdəki ibadət evlərində Allahın kəlamlarına arxalanırlar. Onlardan biri Corciya ştatındakı Rock Springs kilsəsidir.

Biz Allaha dua edirik ki, yeni prezident seçilmiş Trampa imkan və güc versin ki, o bizi qorusun.

“Əgər Allah Barak Obamanın prezident olmağını istəməsə idi, o, prezident olmazdı. Eynilə əgər Allah Donald Trampın prezident olmağını istəməsə, o da prezident olmazdı.”

“Məncə, Donald Tramp daha mənəviyyatlı bir namizəddir, baxmayaraq ki, keçmişi bir az mübahisəlidir. Amma elə hər kəsinki elədir.”

Digərləri isə səslərini böyük şəhərlərindəki məscidlərdə ucaldır.

“Biz Allaha dua edirik ki, yeni prezident seçilmiş Trampa imkan və güc versin ki, o bizi qorusun.”

Ölkə yorulub və qızğın mübahisə şəraitində keçən seçkidən sonra bölünüb.

“Belə görünür ki, bu günlər hər kəs elə bir az təhlükə hiss edir.”

“O, prezident oldu, amma bizim başçımız deyil. Bizim başçımız Allahdır.”

İnsanların ürəyi yaralıdır, amma onlar yenə də bir araya gəlməyə çalışırlar.

“Allah bizim baş verənlrədən dərs çıxarmağımızı istəyir. Ona görə də biz öz-özümüzdən soruşmalıyıq ki, Allah bizim bundan hansı dərsi almağımızı istəyir?”

Show comments

XS
SM
MD
LG