Accessibility links

Süni dəri [Video]


Təzə xəbər var, yeni dəri, icaq edilib, daha doğrusu buna ikinci dəri də demək olar.

Harvard və Massaçutsesın Texnologiya institutlarının alimləri yeni dəri icad ediblər ki, bu dərini gözün altı və üzdəki qırışlar olan dəri ilə əvəz etmək olar.

Massaçutsesın Texnologiya İnstitutundan Robert Langer polimerin dəriyə yeridildiyini və üstünün başqa materialla örtüldüyünü deyir. Nəticədə çox nazik, süni dəri yaranır və bu dəridən bədənin müxtəlif yerlərində istifadə etmək mümkündür. “Siz bu dəridən bədənin müxtəlif hissələrini dartmaq üçün istifadə edə bilərsiniz. Digər tərəfdən bu süni dəridən müxtəlif dəri xəstəliklərinin müalicəsində də istifadə edilə bilər. Yəni dəriyə plastik üsulla dərman yeridilməsi yolu ilə. Beləliklə, bu yeni ixtiradan müxtəlif sahələrdə istifadə etmək olar.”

Üz dərisini çəkən bu məlhəm sizin üzünüzdəki qırışları yox edəcək və daha canlı edəcək. Lakin hələ də uzərində tədqiqat aparılan bu dərinin ictimaiyyət üçün nə vaxt açıq olacağı bəlli deyil.

XS
SM
MD
LG