Accessibility links

Selcuk Şirin: Müsəlman olub, demokratik prinsiplərlə yaşamaq bir araya sığan amillərdir [Video-Müsahibə]


Nyu-York Universitetinin professoru “Amerikalı müsəlman gənclər” adlı kitabı və qlobal qaçqın böhranı haqda danışıb

Nyu-York Universitetinin professoru Selcuk Şirin Amerikanın Səsinə müsahibəsi zamanı “Amerikalı müsəlman gənclər” adlı kitabından danışıb.

2001-ci il 11 sentyabr terror aksiyalarından sonra yaranan ideyadan doğan əsər 2008-ci ildə işıq üzü görüb .

Terror hücumu nəticəsində dağıdılmış Dünya Ticarət Mərkəzinin qarşısında yanğınsöndürən maşınlar dayanıb. 11 sentyabr, 2001.

Terror hücumu nəticəsində dağıdılmış Dünya Ticarət Mərkəzinin qarşısında yanğınsöndürən maşınlar dayanıb. 11 sentyabr, 2001.

Müəllif amerikalı müsəlman gənclərlə müsahibələr əsasında belə bir qənaətə gəlib ki, həm müsəlman, həm də demokratik prinsiplərlə yaşamaq bir araya sığan bir amildir.

Professorun dediyinə görə, 11 sentyabr terror aksiyaları, Əfqanıstan və İraq müharibələrindən sonra Amerikada müsəlmanlara qarşı neqativ bir fikir formalaşdı.

4 il sürən böyük bir araşdırmadan sonra Selcuk Şirin deyib ki, Amerikada müsəlman gənc olmaq iki mədəniyyətdə yaşamaq, iki mədəniyyətdən birini seçməyə məcbur olmamaq deməkdir. O, müsəlmanlıqla demokratiyanın bir arada ola bilməməsinə dair Qərbdə formalaşmış fikri test etmək istədiyini bildirib.

Avropada müsəlmanlar seçim etmək məcburyyəti qarşısındadır. Ya müsəlmansan, ya da avropalı. Almaniyada 3-cü nəsil belə almanam deyə bilmir. Amerikada isə belə deyil, çünki alman olmaq bir irqə aid olmaq deməkdir.

Nyu-York Universitetinin professoru deyib ki, amerikalı müsəlman gənclər həm müsəlman, həm də amerikalı olduqlarından qürur hissi keçirir. Avropada aparılan aradırmalardan məlum olub ki, müsəlman və avropalı olmaq bir araya sığmır.

“Amerikalı müsəlman gənclər” adlı kitabın müəllifi belə bir qənaətə gəlib ki, Amerika ilə Avropa arasında bu mənada ciddi fərq var.

“Avropada müsəlmanlar seçim etmək məcburyyəti qarşısındadır. Ya müsəlmansan, ya da avropalı. Almaniyada 3-cü nəsil belə almanam deyə bilmir. Amerikada isə belə deyil, çünki alman olmaq bir irqə aid olmaq deməkdir. Amerika isə bir qitənin adıdır və heç bir irqə məxsus deyil”-deyə Selcuk Şirin sözünə davam edib.

Türkiyənin Suriyadan 2 milyondan artıq qaçqına sığınacaq verməsi məsələsinə gəldikdə professor qaçqın böhranının həlli çalışılarkən, Türkiyənin müzakirələr masası arxasında yer almamasını bir problem kimi dəyərləndirib. Baxmayaraq ki, Türkiyə Suriya ilə ortaq sərhədləri bölüşdüyünə görə böhranın ən ağır təsirinə məruz qalıb.

Türkiyə 2 milyondan artıq suriyalı qaçqına sığınacaq verib.

Türkiyə 2 milyondan artıq suriyalı qaçqına sığınacaq verib.

Türkiyə toplumunun ilk başda qaçqınlara normal münasibət bəslədiyini deyən Selcuk Şirin vaxt keçdikcə bu münasibətin neqativə doğru istiqamət aldığını bildirib.

Onun fikrincə, azyaşlı qızların erkən evliliyə məcbur olması üzləşilən problemlərdən biridir. Professor uşaqlara qarşı zorakılıq hallarına yol verildiyini də deyib.

Şirin hesab edir ki, qonşuda yaşanan problem mütləq bir gün sənə də təsir göstərəcək. O bu dövrdə heç bir problemin lokal olmadığını deyib.

Professor gələcək terrorist nəslinin yetişməsinə mane olmaq üçün Türkiyənin qaçqınları səhiyyə sistemi və təhsillə təmin etməyə məcbur olduğunu vurğulayıb.

XS
SM
MD
LG