Accessibility links

SEDA proqramı Samux və Goranboyda üç layihəni başa çatdırıb


SEDA proqramı çərçivəsində məktəbdə istilik sistemi

SEDA proqramı çərçivəsində məktəbdə istilik sistemi

ABŞ-ın Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində daha üç layihə başa çatıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, Qarabağlar kəndində (Samux rayonu- Bakıdan 364 kilometr qərb) layihə kəndboyu 41 su kranı quraşdırmaqla 1600 sakinin suya çıxışını yaxşılaşdırıb. Qaradağlı kənd

SEDA proqramı çərçivəsində kənddə su kranları quraşdırılıb

SEDA proqramı çərçivəsində kənddə su kranları quraşdırılıb

məktəbində (Goranboy rayonu-Bakıdan 330 kilometr qərb) layihə yeni istilik qurğusu və radiatorlar quraşdıraraq 500-dən çox məktəblini daha təhlükəsiz və isti tədris mühiti ilə təmin edib. Goranlı kəndində (Goranboy rayonu) sakinlər yeni kitabxana binası inşa etmək üçün səfərbər olub və bununla da icmanın 690 sakini üçün oxumaq və öyrənmək imkanlarını yaxşılaşdırılıb.

SEDA proqramı Azərbaycan hökuməti və USAID tərəfindən birgə maliyyələşir və bu günə kimi bütün Azərbaycanda 91000-dən artıq insana fayda verərək 58 icmada 66 layihə başa çatdırıb.

XS
SM
MD
LG