Accessibility links

Dövlət Gömrük Komitəsi gömrük rəisinin Türkiyədə saxlandığını təsdiq edib


Azərbaycanın gömrük xəritəsi
Azərbaycanın gömrük xəritəsi

Seyidov Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb

Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabrın 9-da Türkiyənin İstanbul şəhərinə gedib. 2013-cü il dekabrın 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanıb, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tez bir zamanda həlli istiqamətində lazımi tədbirlər görülür.
Türkiyə mediasının məlumatına görə, Naxçıvanla sərhəddəki Dilucu gömrük məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində Seyidov Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.

Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşı əməliyyat keçirilib. Əməliyyat zamanı 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər saxlanıb
XS
SM
MD
LG