Accessibility links

Yanğın 5440 kvadrat metr ərazini əhatə edib. Anbarlarda 1400 kvadratmetr ərazidə məişət əşyaları yanıb

Sədərək Ticarət Mərkəzinin anbarlar hissəsində ümumi sahəsi 5440 kv.m olan anbarın yanar konstruksiyaları və içərisindəki məişət əşyaları (parfümeriya malları, alışqanlar, uşaq oyuncaqları və s.) 1400 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, anbarın qalan hissəsi və yaxınlıqdakı digər anbarlar yanğından mühafizə olunub. Yanğının söndürülməsi səhər saat 6:00-da başa çatıb.

Yanğının səbəbləri və zərərin miqdarı barədə məlumat verilmir.

Sədərək Ticarət Mərkəzi Bakının ən böyük topdan və pərakəndə satış mərkəzlərindədir. Mərkəzdə minlərlə sahibkarın ticarət obyektləri var.

Ticarət Mərkəzində əvvəllər də böyük həcmli yanğınlar olub.
XS
SM
MD
LG