Accessibility links

Hazırda Argentinada səfərdə olan ABŞ prezidenti iki ölkənin münasibətlərinin keçmişə zidd olaraq səmimiyyət və şəffaflıq şəraitində davam etdiriləcəyini bildirib.

Barak Obama deyib ki, yerindən asılı olmayaraq ədalətsizlik, qanunun alililiyinə ehtiramsızlığa biganə qalmamalıyıq.

ABŞ dövlət başçısı bu gün Argentinada qəddar hərbi diktaturanın 40 illiyini anmaq məqsədilə zalım rejimin qurbanlarının şərəfinə yaradılmış parkı ziyarət edərək abidə önünə əklil qoyub.

Yerindən asılı olmayaraq ədalətsizlik, qanunun alililiyinə ehtiramsızlığa biganə qalmamalıyıq

Yeddi il davam edən diktatura dövründə 30 min insan ya ölüb, ya da itkin düşüb. Bu dövr Argentina tarixində “Mənfur Müharibə” kimi tanınır.

İnsan haqları durumuna baxmayaraq əldə edilən məxfi sənədlərdə göstərilir ki, Birləşmiş Ştatlar o zaman hərbi rejimi müdafiə edib.

Obama administrasiyası ötən həftə bəyan edib ki, Argentina hökumətinin xahişinə əsasən ABŞ o dövrlə bağlı daha da çox hərbi və kəşfiyyat sənədlərini ictimailəşdirəcək.

Etiraz aksiyası

Etiraz aksiyası

Obamanın səfərini tənqid edənlər nümayişlər keçirib.

Tənqidçilər ABŞ-ın Argentinanın hərbi rejimini dəstəklədiyinə görə üzr istəməsini tələb edir.

Prezidenti Latın Amerikasına səfərdə xanımı Mişel Obama, qızları və qaynanası müşayiət edir.

XS
SM
MD
LG