Accessibility links

Martın 5-də Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.

Dövlət başçısının rəsmi saytının məlumatına görə, Əliyevin iki günlük səfər çərçivəsində İran rəhbərliyi ilə görüşləri olacaq. Danışıqların gündəliyinə ikitərəfli əlaqələr, regional əməkdaşlıq, beynəlxalq aktual məsələlər daxildir.

Martın 5-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra prezident İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə aşağıdakı sənədlər imzalanıb.

- Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran İslam Respublikasının Dəmir Yolları Şirkəti arasında dəmiryolu əlaqəsinin birləşdirilməsinə dair Anlaşma Memorandumu.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG