Accessibility links

Prezident İlham Əliyev Fransaya səfəfri çərçivəsində martın 13-də Fransanın işgüzar dairələrinin nümayəndələri ilə görüşlər keçirib.

Xüsusən, o, "SUEZ" qrupunun baş direktor müavini Mari-Anje Debonu, müdafiə sənayesi məhsulları istehsal edən DNCS şirkətinin rəhbəri Erve Giunu, "Credit Agricole SA" Bankının baş direktor müavini Ksavye Muscu, "Airbus" şirkətinin müdafiə sistemləri və kosmik sistemlər üzrə vitse-prezidenti Nikolya Şamosini, "CIFAL" prezidenti Jil Remini, "Vivaction" prezidenti Rişar Marini qəbul edib.

Əliyev Parisə martın 12-də gedib. Səfər diplomatik münasibətlər qurulmasının 25 illiyi ilə əlaqədar həyata keçirilir. Martın 14-də Fransa prezidenti Fransua Olandla danışıqlar planlaşdırılıb.

XS
SM
MD
LG