Accessibility links

Səfər Əbiyev: Xankəndinə uçuşlar müharibə şəraiti aradan qalxandan sonra mümkündür


Müdafiə naziri Səfər Əbiyevlə ATƏT-in baş katibinin müavini Adam Kobieratskinin görüşü

Müdafiə naziri Səfər Əbiyevlə ATƏT-in baş katibinin müavini Adam Kobieratskinin görüşü

Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratdığı gərgin hərbi-siyasi vəziyyət müzakirə edilib

Aprelin 11-də müdafiə naziri Səfər Əbiyev ATƏT-in baş katibinin müavini Adam Kobieratskini qəbul edib.
Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin bölgədə yaratdığı gərgin hərbi-siyasi vəziyyət və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Problemin indiyədək həll edilməməsinin səbəbləri üzərində dayanan nazir BMT-nin qəbul etdiyi 4 qətnamənin bu günədək icra edilməməsini, 20 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini diqqətə çatdırıb.

“Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq qurumların gözləmə mövqeyi tutması təcavüzkarın daha da şirniklənməsinə fürsət verir”, o qeyd edib.

Görüşdə Xankəndinə uçuşlara nazirin münasibətini öyrənmək üçün Kobieratiskinin verdiyi sualı S.Əbiyev belə cavablandırıb.

“Uçuşlar o zaman baş tuta bilər ki, müharibə şəraiti aradan qalxsın. Bunun üçün isə birinci növbədə işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı bölmələri geri çəkilməlidir”, nazir bildirib.
XS
SM
MD
LG