Accessibility links

Səfər Əbiyev: 907-ci düzəliş hərbi əməkdaşlıqda öz mənfi rolunu oynayır


Müdafiə naziri Səfər Əbiyevlə ABŞ müdafiə katibinin köməkçisinin müavini Evelin Farkasın görüşü

Müdafiə naziri Səfər Əbiyevlə ABŞ müdafiə katibinin köməkçisinin müavini Evelin Farkasın görüşü

Azərbaycan müdafiə naziri ABŞ müdafiə katibinin köməkçisinin müavini ilə görüşdə 907-ci düzəlişin ləğvinin vacib olduğunu xatırladıb

Azərbaycan-ABŞ əlaqələrinin genişləndirilməsi məqsədilə Azərbaycanda səfərdə olan Birləşmiş Ştatların müdafiə katibinin köməkçisinin müavini xanım Evelin Farkasın müxtəlif dövlət strukturlarında apardığı ikitərəfli məhsuldar görüşlərin əməkdaşlığın gələcək perspektivlərinin müəyyən olunmasına və inkişaf etdirilməsinə yeni üfüqlər açacağı baxımından diqqəti cəlb edir. Bu barədə Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Müdafiə naziri Səfər Əbiyevlə görüş zamanı da Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq proqramına əsasən hərbi əlaqələrin və müdafiə sahəsində münasibətlərin dərinləşdirilməsi istiqamətində faydalı fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə naziri regiondakı gərgin hərbi-siyasi vəziyyəti xanım Farkasın diqqətinə çatdırmaqla yanaşı, ölkələrarası uzunmüddətli əməkdaşlığın inkişafına maneçilik törədən bəzi amillər üzərində dayanıb.

O, 907-ci düzəlişin indiyədək aradan qaldırılmamasını xüsusi vurğulayıb.

“Bu düzəliş nəinki hərbi əməkdaşlıq məsələlərində, eləcə də digər problemlərin həllində öz mənfi rolunu oynayır. Vaxtilə ədalətsiz qaydada qəbul edilmiş bu düzəlişin ləğvi gələcək əməkdaşlıq sahəsində əlaqələrin daha da dərinləşməsinə əlverişli zəmin yaradar”, nazir qeyd edib.

Görüş zamanı Azərbaycan-ABŞ arasında hərbi əməkdaşlığa dair digər mühüm məsələlər barədə də geniş müzakirələr aparılıb.
XS
SM
MD
LG