Accessibility links

Səfər Əbiyev: Azərbaycanın ordusunu gücləndirərək işğaldakı torpaqlarını azad etməkdən başqa yolu qalmır


Azərbaycan və Amerika bayraqları
Azərbaycan və Amerika bayraqları

Azərbaycanın müdafiə naziri ilə ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanının görüşündə hərbi əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı Mayls Dirinqi qəbul edib.
Görüşdə Azərbaycanla ABŞ-ın strateji tərəfdaş ölkələr olduğunu diqqətə çatdıran nazir Azərbaycan Silahlı Qüvvələri və Oklahoma Ştatı Milli Qvardiyası arasında hərbi əməkdaşlığı qeyd edib.
Regionda mövcud hərbi-siyasi vəziyyətlə bağlı məlumat verən cənab Əbiyev bildirib ki, Ermənistan təcavüzkar siyasətini davam etdirir. “20 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarını dinc yolla geri qaytarmaq istəməyən bu işğalçı ölkə yeni müharibəni günbəgün yaxınlaşdırır”, - o vurğulayıb.
Nazir bildirib ki, vasitəçi rolunu oynayan Minsk Qrupunun fəaliyyəti də indiyədək konkret heç bir nəticə verməyib. Onun sözlərinə görə, belə vəziyyətdə Azərbaycanın öz ordusunu gücləndirərək işğal altında olan torpaqlarını azad etməkdən başqa yolu qalmır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG