Accessibility links

Azərbaycan mədən sənayesində şəffaflıq üzrə komissiya yaradır [Yenilənib]


A protest rally marks the second anniversary of the murder of the investigative reporter Jan Kuciak and his fiancee Martina Kusnirova, one week ahead of country's parliamentary election in Bratislava, Slovakia.
A protest rally marks the second anniversary of the murder of the investigative reporter Jan Kuciak and his fiancee Martina Kusnirova, one week ahead of country's parliamentary election in Bratislava, Slovakia.

Q.İbadoğlu: Azərbaycannn Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə inteqrasiya mövqeyinə yenidən baxmalıdır

Prezident İlham Əliyevin "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" imzaladığı fərmanı Mədən Sənayesi sektorunda şəffaflıq baxmıdan müsbət dəyərləndirirəm.

Bu barədə Amerikanın Səsinə Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsləri (HSŞT) Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Q.İbadoğlu hesab edir ki, fərman Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (HSŞT) sıralarını tərk etməzdən öncə verilsəydi mədən sənayesində şəffaflıq məsələsinə əlavə keyfiyyət qatardı: “Amma Azərbaycan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsündən (HSŞT) çıxandan sonra fərman verir, həm də HSŞT-nin standartlarına riyaət edəcəyini bildirir. Obrazlı desək bu ona bənzəyir ki, Futbol Liqasını tərk edirsən, sonra turnir yaradıb futbol oynayacağını bidirirsən. Bu özün-özünlə futbol oynamaq kimi bir haldır”.

Q.İbadoğlu deyir ki, HSŞT bu fərmanın fokslandığı təkcə ildə bir dəfə hesabat verməyi nəzərdə tutmur, burada mülkiyyət məsələsi, hər layihə üzrə hesabat məsələsi var.

Azərbaycanın HSŞT-dən çıxmasının bu qurumda narahatlıq yaratdığını deyən Q.İbadoğlu vurğulayır ki, fərmanda HSŞT-nin standartlarına riayət olunacağı haqda müddəalar bu narahatlığı aradan qaldırmağa yönəlib: “Amma, düşünürəm ki, Azərbaycanın qurumda iştirakçı olaraq qalması daha səmərəli yol idi və ölkə HSŞT-nin imkanlarından bəhrələnə bilərdi”.

Q.İbadoğlu deyir ki, hələlik ortada bir fərman var, bu fərman baxımından lazımlı olan normativ aktlar, digər sənədlər yoxdur: “Bir də HSŞT üzrə komissiyanın təkibi var ki, daha məqsədəuyğun dəyişdirıirb, halbuki bu komissiya əvvəl də var idi”.

Q.İbadoğlu hesab edir ki, Azərbaycan HSŞT-yə qayıtmalıdır, çünki, indiki vaxtda ölkəyə investisiyalar lazımdır, bu qurumdan kənarda qalmaqla bunları əldə etmək mümkün deyil və odur ki, rəsmi Bakı qurumla bağlı, HSŞT-yə inteqrasiya mövqeyinə yenidən baxmalıdır.

Xatırladaq ki, prezident İlham Əliyev aprelin 5-də "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. 2004-cü ildən HSŞT tərkibində olan Azərbaycan 2017-ci ilin martında qururmu tərk etmək barədə bəyanat verib.

*****

Aprelin 5-də prezident İlham Əliyev "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb.

Sənəddə deyilir ki, fərmanın imzalanmasında məqsəd hasilat sənayesində beynəlxalq şəffaflıq və hesabatlılıq prinsiplərinə Azərbaycanın sadiqliyini bir daha vurğulamaq, təbii ehtiyatlardan əldə edilən maddi sərvətlərin vətəndaşların rifahı üçün idarə edilməsinin davam etdirilməsidir.

Fərmanda Azərbaycanın şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsinə bununla bağlı ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verdiyi vurğulanır. Xatırladılır ki, Azərbaycan zamanında “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü”nə (EİTİ) qoşulub, 2009-cu ildə bununla bağlı beynəlxalq mükafata layiq görülüb.

“Azərbaycan bu və ya digər beynəlxalq təşəbbüsə üzv olub-olmamasından asılı olmayaraq, hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəkləyir və beynəlxalq standartların tətbiqini davam etdirmək əzmindədir”, sənəddə deyilir.

Sənəddə vurğulanır ki, təbii ehtiyatlardan əldə olunan gəlirlərin idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir.

Fərman hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yaradılmasını nəzərdə tutur.

Yeni yaradılacaq komissiyaya Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov sədrlik edəcək.

Komissiyaya Azərbaycanda hasilat sənayesi ilə bağlı beynəlxalq prinsiplərə riayət olunmasına nəzarət etmək tapşırılıb.

2017-ci il martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI - The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumdakı fəaliyyəti dayandırılıb.

Qurumun yaydığı bəyanatda bildirilirdi ki, Azərbaycan qurumun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib. Ona görə də ölkənin təşkilatda fəaliyyəti dayandırılır.

Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər də xəbərdarlıq edirdilər ki, bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

EİTİ-dəki fəaliyyəti dayandırıldıqdan sonra Azərbaycan qurumdan çıxdığını bəyan edib.

XS
SM
MD
LG