Accessibility links

Xanım Nulandın özü Azərbaycanın yüksək rütbəli hökumət nümayəndələri ilə əlaqədə olub [Video]


Xanım Nulandın özü Azərbaycanın yüksək rütbəli hökumət nümayəndələri ilə əlaqədə olub
please wait

No media source currently available

0:00 0:03:23 0:00

Xanım Nulandın özü Azərbaycanın yüksək rütbəli hökumət nümayəndələri ilə əlaqədə olub

Səfir Robert Sekuta ABŞ-Azərbaycan hərbi əlaqələri, Amerika-Azərbaycan demokratiya komissiyasının qurulması və Dağlıq Qarabağdan danışıb

“Amerika ilə Azərbaycan arasında illərdir əməkdaşlıq mövcud olub və biz bunu görmüşük. Azərbycan həqiqətən dünyada mövcud olan çoxsaylı sülhməramlı missiyalarda iştirak edib. Bu sıraya Əfqanıstandakı, eyni zamanda İraqda və Kosovoda missiya daxildir. Bilavasitə bu kimi sülhməramlı missiyalara qatılan Azərabaycan öz hərbisinin inkişafına təkan vermiş olur və öz hərbisinin operativliyinin səviyyəsini yüksəltməkdədir. Bununla yanaşı müəyyən qlobal məsələlər var ki, Azərbaycan buna da qatılıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinin “Azərbaycan-Amerika hərbi əlaqələrinin perspektivlərini necə görürsünüz?” və “Amerika bir qədər əvvəl Xəzərdə təhlükəsizlik tədbirləri həyata keçirməyi planlaşdırırdı. Bu sahədə vəziyyət necədir?” suallarının cavabında bildirib.

Biz hərbi sahədə olan əməkdaşlığı alqışlayırıq.

Səfir bu sullar barədə təfsilatlı cavab verə bilməyəcəyini diqqətə çatdırıb.

“Lakin sualın birinci hissəsi ilə bağlı bilavasitə biz eşitdiyimiz xəbərlər idi ki, bu həftə bu kimi xəbərlər səsləndirdilər. Biz bu kimi xəbərləri həqiqətən də alqışlayırıq və hərbi sahədə olan əməkdaşlığı alqışlayırıq”, Sekuta qeyd edib.

O Amerikanın Səsinin “Dövlət katibinin köməkçisi Viktoriya Nulandın bəyan etdiyi Azərbaycan-Amerika birgə komissiyası nə vaxt yaranacaq?” sualının cavabında deyib:

Bu kümü mühüm olan böyük təşəbbüslərə kifayət qədər hazırlıq işləri tələb olunur və hazırda bu məsələ inkişafdadır.

“Əslində biz demokratiya sahəsində yaradılacaq komissiyanın barəsində danışırıq. Haxırda bu məsələnin icrası gedir. Bu məsələ çözülmək istiqamətindədir, danışıqlar gedir. Xanım Nulandın özü Azərbaycanın yüksək rütbəli hökumət nümayəndələri ilə əlaqədə olub, eyni zamanda biz də danışıqlar aparırıq. Siz başa düşüdüyünüz kimi, bu kümü mühüm olan böyük təşəbbüslərə kifayət qədər hazırlıq işləri tələb olunur və hazırda bu məsələ inkişafdadır.

Səfir Sekuta “Dağlıq Qarabağa ayrılıan yardım burada yaşayan insanlara, yoxsa müharibədən əziyyət çəəkən insanklara ayrılıb?” sualının cavabında deyib ki, Dağlıq Qarabağ münaqişəsi faktı çox acınacaqlıdır.

Dağlıq Qarabağ münaqişəsi faktı çox acınacaqlıdır.

“Yardım bilavasitə münaqişədən əziyyət çəkən insanlar üçün nəzərdə tututlub. Ümumiyyətlə Azərbaycana Amerika yardımı 115 milıyon ABŞ dollarına çatıb. Bizim yardımlar iki istiqamətdə irəliləyir. Münaqişədən əziyyət çəkən insanlara yardım göstərmək və eyni zamanda (amerikalı həmsədr Ceyms Uorlik də bu istiqamətdə çox fəal fəaliyyət göstərir) Minsk Qrupu çərçivəsində iki dövlətin hökumətlərini bir araya gətirərək münaqişənin sülh yolu ilə həll olunması istiqamətində danışıqları həyata keçirmək”, o qeyd edib.

XS
SM
MD
LG