Accessibility links

Fevralın 17-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta məcburi köçkün iş adamı Tofiq Cəbrayılovla görüşüb.

ABŞ səfriliyinin məlumatına görə, görüş zamanı səfir onun həyat təcrübəsindən və 25-26 fevral 1992-ci ildə Xocalıda baş verən faciəli hadisələrdən sonra irəli getmək üçün necə yol tapması haqqında Cəbrayılovla söhbət edib.

Robert Sekuta və köçkün iş adamı Tofiq Cəbrayılov

Robert Sekuta və köçkün iş adamı Tofiq Cəbrayılov

Cəbrayılov kiçik biznesindən gələn gəlirlə ailəsini saxlamaq üçün zəhmətlə çalışıb.

“Biz keçmişdə yaşananları heç vaxt unutmamalıyıq", söyləyən səfir Sekuta həmçinin qeyd edib.

"Daimi yol axtararaq irəli addımlayan və ailələri üçün parlaq gələcək qurmaq üçün zəhmətlə çalışan insanlarla görüşməkdən böyük qürur hissi duyuram", o bildirib.

XS
SM
MD
LG