Accessibility links

ABŞ səfiri Bakı Amerika Mərkəzində həftəlik mühazirələr silsiləsinin açılışını edib


Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Pirs Morninqstar
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feys Pirs Morninqstar

Açılış mərasimində 160 tələbə iştirak edib

Sentyabrın 28-də Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar və xanımı Feyt Morninqstar Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzində “Amerıkanı tanıyaq” həftəlik mühazirələr silsiləsinin bu ilki açılışını etdib.

Səfir və xanımı auditoriya ilə ümumi görüş təşkil edərək Amerika mədəniyyəti, ABŞ-Azərbaycan münasibətləri və onların şəxsi hobbi və maraqları haqqında suallara cavab verib.

Tədbirdə Xaçmaz və Salyandakı Amerika Mərkəzlərindən görüşü on-layn rejimdə izləyən 60 tələbə də daxil olmaqla 150-dən çox tələbə iştirak edib.

Səfir Morninqstar deyib ki, bu gün görüşdüyü azərbaycanlı tələbələrin zəkası onda çox gözəl təəssüratlar yaradıb.

“Onların sualları və şərhləri məndə Azərbaycanın və ABŞ-Azərbaycan əməkdaşlığının gələcəyinə böyük inam yaratdı”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG