Accessibility links

5 səfir, iki konsul geri çağırılıb


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi

Noyabrın 25-də prezident İlham Əliyev Azərbaycanın xaricdəki bir sıra diplomatik nümayəndəliyinin rəhbərlərinin geri çağırılması haqda sərəncamlar imzalayıb.

Belə ki, Elxan Qəhrəmanov Birləşmiş Ərəb Əmirliklərində səfir vəzifəsindən, Məmməd Əhmədzadə Argentina, Paraqvay, Boliviya, Çili və Uruqvayda səfir vəzifəsindən, Tofiq Zülfüqarov Estoniya, Vəhdət Sultanzadə Türkmənistan, Zakir Həşimov Qazaxıstanda səfir vəzifəsindən geri çağırılıb.

Prezident həmçinin Murad Nəcəfbəylini Azərbaycanın BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlarda daimi nümayəndə vəzifəsindən geri çağırıb.

Bundan əlavə, Azərbaycanın İstanbuldakı və Aktaudakı baş konsulları Həsən Zeynalov və Rəşad Məmmədov geri çağırılıblar.

Sərəncamlarda diplomatların geri çağırılmasının səbəbləri açıqlanmır. Müşahidəçilər onların geri çağırılmasını diplomatik missiyasının başa çatması ilə bağlayır. Amma vakansiyalara hələ yeni təyinatlar edilməyib.

XS
SM
MD
LG