Accessibility links

Bakıda səfirlərin müşavirəsi olacaq


 Azərbaycan Diplomatik Akademiyası
Azərbaycan Diplomatik Akademiyası

Müşavirədə diplomatik missiyaların yeni məqsədləri müəyyənləşdiriləcək və ölkənin xarici siyasətinin perspektivlərini müzakirə ediləcək

Sentyabrın 21-23-də Bakıda Azərbaycanın xaricdəki diplomatik missiya rəhbərlərinin IV müşavirəsi keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, müşavirənin keçirilməsində məqsəd diplomatik missiyaların yeni məqsədlərini müəyyənləşdirmək və ölkənin xarici siyasətinin perspektivlərini müzakirə etməkdir.

Müşavirə çərçivəsində “Qlobal siyasi tendensiyalar və onları regiona təsirləri” mövzusunda panel müzakirələrin keçirilməsi də nəzərdə tutulur.

Tədbir Azərbaycan Diplomatik Akademiyasının yeni tədris kompleksində olacaq.
XS
SM
MD
LG