Accessibility links

İranın “Səhər” televiziyasının müxbirinin həbs müddəti bir il azaldılıb


"Səhər" televiziyasının müxbiri Anar Bayramlı

"Səhər" televiziyasının müxbiri Anar Bayramlı

Anar Bayramlı narkotik ittihamı ilə iki il həbsə məhkum edilib. O ittihamı rədd edib və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınır

Bakı Apelyasiya Məhkəməsində hakim Abid Abidinbəyovun sədrliyi ilə İranın “Səhər” televiziyasının müxbiri Anar Bayramlının Binəqədi Rayon Məhkəməsinin 9 iyun 2012-ci il tarixli qərarından verdiyi apelyasiya şikayətinə baxılıb.
Vəkil Anar Qasımlı bildirib ki, A.Bayramlının həbsi onun jurnalist fəaliyyəti ilə əlaqədardır. A.Qasımlı müdafiə etdiyi şəxsin beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanındığını, apelyasiya şikayətinin təmin edilməsinin Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edəcəyini bildirib. O, A.Bayramlının barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Dövlət ittihamçısı Ceyhun Budaqov isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını istədiyini bildirib.
Hakim apelyasiya şikayətinin qismən təmin edilməsi, A.Bayramlının barəsində çıxarılmış iki illik həbs müddətinin bir ilə endirilməsi ilə bağlı qərar çıxarıb.
Anar Bayramlı bu il fevralın 17-də saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Binəqədi Rayon Məhkəməsi onun barəsində ikiillik həbs qərarı çıxarıb.

Show comments

XS
SM
MD
LG