Accessibility links

İran Ali Milli Təhlükəsizlik Şurası "Səhər" kanalına Azərbaycan əleyhinə siyasi verilişləri yayımlamağı qadağan edib


Səhər televiziyası_logo
Səhər televiziyası_logo

"Səhər" televiziyası yalnız mədəni-ictimai verilişlər yayacaq

İranın Ali Milli Təhlükəsizlik Şurası bu ölkənin "Səhər" televiziya kanalına siyasi yönümlü verilişlərin hazırlanması və yayımlanmasını qadağan edib. Telekanala yalnız mədəni və ictimai verilişlər hazırlamaq tapşırılıb. Bunu İranın Azərbaycandakı səfiri postuna namizədliyi təqdim olunmuş Möhsin Pak Ayin Şərqi Azərbaycan əyalətinin rəsmiləri ilə görüşü zamanı deyib. Bu barədə Trend agentliyi məlumat yayıb.

"Təəssüflər olsun ki, "Səhər" telekanalı siyasi mövzulara toxunmaqla Azərbaycan rəhbərliyində belə təəssürat yaradıb ki, guya, bu kanal Azərbaycanda çevriliş etmək niyyətindədir. Bu səbəbdən Ali Milli Təhlükəsizlik Şurası "Səhər" kanalında ancaq mədəni-ictimai verilişlərin yayılmasını qərara alıb", - Pak Ayin deyib.

O, əlavə edib ki, Ali Milli Təhlükəsizlik Şurası, həmçinin müxtəlif şəxslərə İran-Azərbaycan münasibətləri ilə bağlı qeyri-rəsmi açıqlamalarla müdaxiləni də qadağan edib.

"Ümid edirik ki, Ali Milli Təhlükəsizlik Şurasının bu qərarı qəbul etməsi Azərbaycan tərəfinin İrana etimadını qazandıracaq və əməkdaşlığın inkişaf etdirilməsində Tehranın siyasi iradəsini nümayiş etdirəcək", - Pak Ayin bildirib.

Son zamanlar İranın "Səhər" telekanalının Azərbaycanla bağlı hazırladığı verilişlərdə Azərbaycan əleyhinə kampaniyalar aparması, kanalın müxtəlif çağırışlar səsləndirərək insanlarda antiazərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa çalışması Azərbaycan rəsmiləri və ictimaiyyətinin narahatlığına səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG