Accessibility links

20 gündən artıqdır həbs edilmiş hüquq müdafiəçisinə “Azadlıq” qəzeti verilmir.

Hüquq müdafiəçisi İntiqam Əliyevin səhhətində problemlər hələ də qalır.

İntiqam Əliyevin qızı Nərmin Kamilsoyun Amerikanın Səsinə verdiyi məlumata görə atası bu gün ailəsinə zəng edib.

Onun dediyinə görə, atası hələ də müalicə müəssisəsinə köçürülməyib, kamera şəraitində müalicə alır.

“Belində problemlər qaldığına ve uzun müddət ayaq üstə durmağa çətinlik çəkdiyinə görə bu həftə də gedib baş çəkə bilməyəcəyik. İki həftədən çoxdur ki,görüşə bilmirik.

Həmçinin vəkillər də uzun müddətdən sonra dünən və bu gün gediblər, otura bilmədiyinə görə onlarla da görüşləri qısa olub deyə xanım Kamilsoy bildirib.

Onun sözlərinə görə 20 gündən artıqdır İntiqam Əliyevə “Azadlıq” qəzeti qəzeti verilmir

“Yenə də ciddi nəzarət altındadır, məktublar əlinden alınır.”deyə o bildirb.

Mayın 21-də Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Milli Preventiv Qrupun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında başçəkmə həyata keçiriblər. Bu haqda Ombudsman Aparatının saytında məlumat yerləşdirilib. Məlumatda deyilir:

«Bu zaman Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə gün ərzində 40-dan çox saxlanılan şəxslə görüşüb, bu şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə əlaqədar vəziyyəti öyrəniblər.

MPQ-nin üzvləri bu müəssisədə saxlanılan şəxslərdən İntiqam Əliyev, Leyla Yunusova, Xədicə İsmayılova, Rəsul Cəfərov və digərləri ilə də görüşüblər. Fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər».

Öz növbəsindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən şərh almaq mümkün olmayıb.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə itihamlar da irəli sürülüb. İ.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Bu ilin aprelin 22-də Məhkəmənin hökmü ilə İntiqam Əliyev 7 il 6 ay azadlıqdan məhrum edilib.

Amnesty International İ.Əliyevi “vicdan məhbusu” kimi tanıyıb

XS
SM
MD
LG