Accessibility links

Vərəm QİÇS-dən daha çox insan ölümünə səbəb olur [Video]


Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, vərəm xəstəiyi QİÇS-dən də artıq dünyada ən çox ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Təşkilat deyir ki, xəstəliyin epidemiyasının qarşısını almaq üçün daha ciddi səy göstəriməlidir.

Vərəm yoluxucu xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı vərəmi epidemik xəstəlik adlandırır. Təşkilat xəstəliyin qarşısını almaq üçün yeni dərman preparatları, diaqnostika üsulları və xəstəliyə nəzarət üçün tədqiqatlara 3 miliyard dollar vəsait ayırmağı planlaşdırır.

1990-cı ildən bəri vərəm xəstəliyi nəticəsində ölənlərin sayı 50 faiz aşağı düşüb. Lakin Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, bu sahədə daha çox inkişafa ehtiyac var.

Dr. Mario Raviqlion: “Çarəsi olan bir xəstəlik nəicəsində hər gün n 4400 insanın ölməsi qəbul edilə bilməz.”

Vərəm müxtəlif dərmanlara müqavimət göstərilən bəzi istisnalar çıxılmaqla 90 faiz hallarda müalicə olunur. Xəstəliyin ağırlaşdığı halda xəstələrin yalnız yarısı xilas ola bilir. Bəzi həkimlər bunu Ebola virusu ilə müqayisə edir.

Dr. Ariel Pablos-Mendes: “Bir neçı dərman preparatı ilə müalicə olunan xəstəlik Ebolaya bənzəyir. Çünki insanların bir-birindən yoluxma səviyyəsi eynidir. Öskürək yoluyla havadan qatarda, kilsədə, barda, xəstəxanada keçə bilər. Bu ciddi təhlükədir.”

2016-cı ilin yanvar ayından başlayaraq Ümumdünya Səhiyyə Təşkilatı vərəmə son qoymaq üçün yeni proqrama başlayacaq. Proqramda iştirak edənlər inanır ki, bu, baş verə bilər.

Dr. Erik Qusbi: “Ölüm səviyyəsinin 47 faiz endirilməsi böyük iş tələb edir. Bu, öz-özünə baş vermir. Bu bizə ondna xəbər verir ki, çox işləmək öz nəticəsini göstərir və biz daha çox işləməli və hər yerdə bunu dəstəkləməliyik.”

Doktor Qusbi deyir ki, dünya vərəm təhlükəsinin ciddiliyini anlamağa başlayıb. Bu davam etsə, Ümumdünya Səhiyyə Təşkilatı ümid edir ki, xəstəliyə son qoymaq səylərinə dəstək artacaq.

Show comments

XS
SM
MD
LG