Accessibility links

Azərbaycanda uşaq ölümü ilə bağlı vəziyyət pisdir?


Dünya Səhiyyə Təşkilatının və UNİCEF
Dünya Səhiyyə Təşkilatının və UNİCEF

Dünya Səhiyyə Təşkilatı və UNİCEF uşaq ölümlərinin dünya üzrə sayının 1990-cı ildən 50 faiz azaldığını bildirir. Bununla bağlı hesabatda deyilir ki, 25 il əvvəl 5 yaşından aşağı uşaqlar arasında ölüm hallarının sayı 12,7 milyon idisə, bu il bu rəqəmin 6 milyondan az olacağı gözlənilir.

AzadlıqRadiosunun məlumatına görə Azərbaycanda da 1990-cı illə müqayisədə hər min nəfərə düşən uşaq ölümü hallarının sayı yarıbayarı azalaraq 105-dən 52-yə düşüb, lakin bu, Cənubi Qafqazda ən pis göstəricidir.

Azərbaycanın reytinq cədvəlindəki yeri 32-dirsə, Ermənistan 14, Gürcüstan isə 12-ci yerdədir. Ermənistanda indi hər min nəfərə 18, Gürcüstanda isə 15 uşaq ölümü qeydə alınıb. Azərbaycandan fərqli olaraq Gürcüstan və Ermənistan 2015-ci il üçün BMT-nin hədəfini vura bilib.

Azərbaycanın minillik hədəfə 2030-cu ildə çatacağı gözlənilir. Bu hədəf hər 1000 doğuşdan 32 və daha az ölüm deməkdir.

Uşaq ölümlərinə görə yalnız Tacikistan (72), Türkmənistan (95) və Özbəkistan (80) Azərbaycandan irəlidədir.

Uşaq ölümünün ən az baş verdiyi ölkələr Şimali və Qərbi Avropadadır. Bunlar Lüksemburq, İslandiya, Finlandiya və Norveçdir. Bu ölkələrdə hər min uşaqdan ölənlərin sayı 3-dən azdır.

Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir ki, ötən il “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması haqqında” 2014-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilib.

Ötən il doğum göstəricisi əhalinin hər min nəfərinə 18,3, ölüm isə 5,8 təşkil edib. Təbii artım 12,5 olub ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Nazirlik qeyd edib ki, ötən il körpə ölümü göstəricisi 10,2 promilli olub. Halbuki, bu rəqəm 2009-cu ildə 11,3 promilli idi. Ana ölümü əmsalı isə hər 1000 diri doğulmaya qarşı 14,5-ə bərabər olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG