Accessibility links

Şəhla İsmayıl: Qadınların bərabər təmsilçiliyi qətiyyən təmin olunmur [Video-müsahibə]


Şəhla İsmayıl: Ümumilikdə götürəndə qadınların təmsilçiliyi çox aşağı səviyyədədi
please wait

No media source currently available

0:00 0:05:58 0:00

Şəhla İsmayıl: Ümumilikdə götürəndə qadınların təmsilçiliyi çox aşağı səviyyədədi

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədrinin Amerikanın Səsinə müsahibəsi

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Amerikanın Səsinə müsahibəsində Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər, problemlər və BMT-nin təkliflər paketindən danışıb.

Amerikanın Səsi: 2015-ci il Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində hansı hadisələrlə yadda qaldı?

Qadın hüquqları ilə məşğul olan təşkilatların sayı cəmi ümumi QHT-lərin 5%-ni təşkil edir.

Şəhla İsmayıl: Zənnimcə 2015-ci ildə iki mühüm hadisə oldu. Bunun biri Azərbaycanın icmalı oldu. Cenevredə BMT-nin CEDAW-də (Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğv Edilməsi üzrə BMT Komitəsi-red) Azərbaycanın qadın hüquqları tamamən təftiş olundu. 11 səhifəlik bir yekun tövsiyyələr paketi Azərbaycana yeni öhdəlik kimi verildi. Növbəti dörd il ərzində Azərbaycan hökuməti onu bir öhdəlik olaraq üzərinə götürdü ki, yerinə yetirsin. İkinci hadisə isə 2014-cü ilin təzyiqləri və müəyyən məhdudiyyətlərin davamı olaraq 2015-ci ildə xeyli QHT-in fəaliyyətində həm keyfiyyət, həm də kəmiyyət baxımından mənfi tendensiyalar müşahidə olundu. Bu da qadın hüquqları ilə məşğul olan qadın təşkilatlarına çox mənfi təsir elədi. Çünki qadın hüquqları ilə məşğul olan təşkilatların sayı cəmi ümumi QHT-lərin 5%-ni təşkil edir. Bu da tərkib, keyfiyyat etibarı ilə çox mənfi bir fəaliyyətə gətirib çıxartdı.

Amerikanın Səsi: Ötən il qadın hüquqları ilə bağlı əsas problemlər nə idi? Ölkədə gender bərabərliyi təmin edilirmi?

Qadınlar artıq sahibkarlıqla məşğul olmağa az can atırlar.

Şəhla İsmayıl: Mən qadın hüquqlarına 3 prizmadan baxardım. Siyasi, iqtisadi və sosial cəhətdən. Hesab edirəm ki, 2015-ci il daha çox iqtisadi böhran ilə yadda qaldı. İki dəfə milli valyuta devalvasiyaya uğradı. Bu da sahibkarlığın inkişafına çox mənfi təsir elədi, o cümlədən bizim təşkilat qadın hüquqları, qadın sahibkarlığı ilə çox sıx məşğul olduğundan öz layihələrimizdən müşahidə elədik ki, qadınlar artıq sahibkarlıqla məşğul olmağa az can atırlar. Məsələn, mikrokreditlərin götürülməsi və onun qaytarılması ilə bağlı suallar olduğundan, iqtisadi baxımdan, bu tərəqqidən daha uzaqdır.

İstər söz azadlığı, istər toplaşma azadlığı ilə bağlı xüsusi müsbət dəyişiklik olmadı. Əksinə, dediyim kimi müəyyən QHT-lərin vəziyyəti daxil olmaqla həm medianın, həm siyasi partiyaların müstəqilliyi baxımından mənfi tendensiyalar müşahidə olundu.

Amerikanın Səsi: Qadınların dövlətin, hökumətin idarə olunmasında təmsil olunması qənaətedicidirmi? Bu sahədə hansı addımlar atılmalıdır?

Azərbaycanda bir dənə də nazir vəzifəsində olan qadınımız yoxdur.

Şəhla İsmayıl: Qətiyyən qənaətedici deyil. Bu problem dövlət tərəfindən də qoyulub. Qadınların siyasətdə iştirakı, orqanlarda bərabər təmsilçiliyi qətiyyən təmin olunmur. Məsələn, Azərbaycanda bir dənə də nazir vəzifəsində olan qadınımız yoxdur. 39 komitə və nazirlikdən cəmi biri, Ailə Qadın və Uşaq Problemləri üzrə məşğul olan komitənin rəhbəri qadındı. 2015-ci ildə parlament seçkiləri olub. Keçən dəfə 20 qadın seçilmişdirsə, bu dəfə 21 qadın seçilib. Onlardan 16-sı köhnə tərkibdən qalıbdı. Nə tərkib etibarı ilə, nə keyfiyyət, nə də kəmiyyət baxımından ciddi dəyişiklik olmayıb.

Düzdür yaxşı hallar da var ki, icra hakimiyyətinin müavinləri qadınlardı. Yalnız bir icra hakimiyyətinin başçısı qadındır. Amma, ümumilikdə götürəndə qadınların təmsilçiliyi çox aşağı səviyyədədi.

Amerikanın Səsi: Azərbaycanda qadınlarla bağlı bir problem də qeyd edilir. Bu qızların azlıq təşkil etməsidir. Probelmin aradan qaldırılması üçün nə edilməlidir?

Əslində bu selektiv abortlarla bağlı bir problemdir.

Şəhla İsmayıl: Əslində bu selektiv abortlarla bağlı bir problemdir. Yaxın bir neçə il ərzində bu məsələni aradan qaldırmasaq çox ciddi fəsadlarla üzləşəcəyik. Sistemli və planlı şəkildə islahatlar olmalıdır. İlk öncə ailə planlaşdırılması ilə bağlı bir qanun var, hansı ki, parlamentdə 5 ilə yaxındır qəbul olunmur. Mütləq bu qanun qəbul olunmalıdır. Digər tərəfdən də QHT-lərin tövsiyə paketi var ki, onlar nəzərə alınmalıdır. Əks halda, bunun qarşısı alınmasa çox ciddi demoqrafik fəsadlarla yaxın illərdə üz-üzə qalacağıq.

Amerikanın Səsi: 2016-cı il böhranlı situasiyada qadınlara qarşı münasibətdə hansı islahatlara ehtiyac duyulur?

Şəhla İsmayıl: Bu islahatlar bayaq dediyim kimi BMT CEDAW-nin (Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğv Edilməsi üzrə BMT Komitəsi-red) tövsiyyələr paketi var, orada çox dəyərli tövsiyələr var. Əgər həqiqətən bu, Azərbaycanda icra olunarsa və 4 ildən sonra hesabat dekarativ xarakteri yox, həm də əməldə hiss olunarsa hesab edirəm ki, o islahatlar artıq yetərlidir ki, Azərbaycanın qadın hüquqlarını bir xeyli düzəlsin.

Amerikanın Səsi: BMT-nin qadınlarla bağlı verdiyi tövsiyyələrin əsas momentləri nədən ibarətdir?

O islahat paketi həm siyasətdə, həm təhsildə, həm sosial-iqtisadi səviyyədə qadınlara daha çox imkanların verilməsi ilə bağlıdır.

Şəhla İsmayıl: O islahat paketi həm siyasətdə, həm təhsildə, həm sosial-iqtisadi səviyyədə qadınlara daha çox imkanların verilməsi ilə bağlıdır. Eyni zamanda, bəzi müvəqqəti addımlar da tövsiyyə olunur. Məsələn, siyasi partiyalar üçün, dövlət üçün müəyyən kvotanın qoyulması, digər tərəfdən qadınların təhsilə daha çox cəlb olunması ilə bağlı, ilkin mərhələrdə olan təhsilə yox, eyni zamanda universiteti bitirəndən sonra qadınlar üçün şərait yaradılsın ki, elmə qayıtsınlar. Bu sahədə sistemli şəkildə islahatlar olmalıdır. Deyim ki, qadın təşkilatları dəfələrlə paket şəklində tövsiyyələrini veriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG