Accessibility links

Səhm birjalarında fırtına


APTOPIX Malayziya Maliyyə Bazarı
APTOPIX Malayziya Maliyyə Bazarı

Çində iqtisadi artımın zəifləməsi ilə bağlı narahatlıqlar dünya boyu səhm indekslərinin çöküşünə və neft qiymətlərinin ucuzlaşmasına yol açıb.

ABŞ-ın aparıcı səhm birjası Dow səhər erkən açılışda 5 faiz dəyərini itirdikdən sonra qismən itkiləri bərpa edib. Günün sonunadək itkilər birja indeksinin dörd faizini təşkil edirdi.

Neft dəyərinin 4 faizdən çoxunu itirərək son altı ildə ən aşağı səviyyəyə düşüb.

Asiyada Şanxay səhm birjası 8 faiz, Yaponiyanın Nikkey indeksi 4 faiz, Honq Konq birjası isə 5 faiz itirib.

Avropanın aparıcı səhm birjaları dəyərlərinin təqribən 4 faizini itirib.

Əmtəə qiymətləri də ucuzlaşıb. Bunların sırasında neft dəyərinin 4 faizdən çoxunu itirərək son altı ildə ən aşağı səviyyəyə düşüb.

İllər boyu Çinin çiçəklənən iqtisadiyyatı əksər birjalarda qalxımla müşayiət olunub.

Jurnalist səhm bazarındakı itkinin qrafikinə baxır.
Jurnalist səhm bazarındakı itkinin qrafikinə baxır.

Lakin bir-birinin ardınca iqtisadi şoklar, milli pul vahidi yuan-ın qəfil devalvasiyası investorların dünyanın ikinci ən iri iqtisadiyyatına inamını sarsıdıb.

Daha ləng inkişaf edən iqtisadiyyat bir çox sahələrdə daha az enerjiyə ehtiyac duyacaq, eyni zamanda investorlar üçün imkanlar məhdud olacaq.

The Wall Street Journal qəzeti yazır ki, investorlar Çin hökumətinin səhm birjalarındakı itkilərin qarşısını almaq üçün əlavə addımlar atmamasından məyus olub.

XS
SM
MD
LG