Accessibility links

Əksər gənclər universiteti bitirib təhsil aldıqları sahə üzrə işləyirlər. Lakin bəzi gənclər başqa istiqamət seçir. Vaşınqton sakini Coş Norris təhsilini bitirdikdən sonra karyerasını davam etdirmək əvəzinə, ən çox sevdiyi sənət olan sehrbazlıqla məşğul olmaq qərarına gəlib.

Coş Norris: `Mən 12 yaşından sehrbazlıqla məşğul oluram. Buna bir hobbi kimi başlamışdım. Lakin elə əvəldən başa düşdüm ki, bütün həyatımı bu işə həsr etmək istəyirəm.`

Coş Norris: `Mən Coş Norisəm və mən sizə çöplə maraqlı bir fənd göstərmək istəyirəm. Bir qədər sonra mən geri qayıdaraq bunu necə etdiyimi başa salacam. Amma ilk öncə görün mən nə edirəm. Sadəcə əlini yuxarı qaldıraraq çöpü tutursan.`

Coş Norris: `Mən Merilənd universitetini fərqlənmə diplomu ilə bitirmişəm. Lakin sonra özümə sehrbaz karyerasını seçdim. Ailəmdən başqa hamı mənim dəli olduğumu düşünürdü. Mən heç bir zaman adi işdə çalışmamışam. Bəxtim gətirib ki, həyatım boyu sehrbazlıq mənim yeganə işim olub. Əsas sehrbazların işlətdiyi hiylə deyil, onların bu fəndləri necə etmələri və fəndi göstərən danışdıqları hekayədir. Əsl tamaşaçı üçün sehrin çətin və ya asan olmasının heç bir fərqi yoxdur. Əsas onun əyləncəli olmasıdır. Məsələ əslində, zarafat və ya hiylədə deyil, sehrbazın şəxsiyyəti və onun göstərdiyi səydədir. Məncə, az yaşımda hansı yolla getmək istədiyimi başa düşməkdə bəxtim gətirib və həqiqət budur ki, mən sevdiyim işlə məşğulam. Səhər saat doqquzdan axşam beşə qədər harada isə çalışmaq məncə dəlilikdir. Sehrbazlıqla məşğul olmaq isə mənim üçün dəlilik deyil. Mənim yaxşı cəhətlərimdən biri ondadır ki, mən utancaq deyiləm. Fokus göstərən zaman utandığın anlar olur. Amma nədənsə mən utanmıram. Məncə bu məndə artistlik xüsusiyyətindən irəli gəlir. İşlər pis gedə də bilər və fokus alınmadıqda mən gülürəm və sadəcə insan olduğumu etiraf edirəm. Tamaşaçının isə mənə gülməsi məni narahat etmir.

Sehrbazlıq mənim üçün heç bir zaman seçim olmayıb. Bu, mənim görə bildiyim yeganə sənət olub və mən daim bu işlə məşğul olacam.`
XS
SM
MD
LG