Accessibility links

Tehranda Şəhriyar Mədəniyyət Mərkəzi yaranır

  • Insafəli Hidayət

Tehranda Şəhriyar Mədəniyyət Mərkəzi yaranır

Tehranda Şəhriyar Mədəniyyət Mərkəzi yaranır

Təbriz millət vəkili İşrət xanım Şayiqin xəbər saytı da "Şəhriyar Tədqiqat və Öyrətim Mərkəzinin" yaradılması barədə xəbəri təstiqləyib. Millət vəkilinin saytı bildirir ki, Şəhriyar mərkəzinin məqsədi Azərbaycan dili və ədəbiyyatı üzrə elmi tədqiqat aparmaq olacaq.

İranın "Fars Dili və Ədəbiyyatı" Akademiyası "Şəhriyar Əlmi və Tədqiqat Mərkəzinin" Əsasnaməsini təsdiq edib. Bu xəbəri İranın Üniversitet Tələbələrinin Xəbər Agentliyi (İSNA) yayıb. İSNA-nın Şərqi Azərbaycan şöbəsinin xəbərində deyilir ki, dövlət nazirinin Şərqi Azərbaycana səfəri zamanı mədəniyyət mərkəzinin yaradılması barədə təklif Nazirlər Kabinetinə verilib. Nazirlər Kabineti təklifi ilkin olaraq qəbul edib və mərkəzin yaradılması ilə bağlı işlərin aparılması üçün Tehrandakı Fars Dili və Ədəbiyyatı Akademiyasına göndərib.

Təbriz millət vəkili İşrət xanım Şayiqin xəbər saytı da eyni xəbəri yayıb və əlavə edib ki, Fars dil və Ədəbiyyatı Akademiyası 376-cı iclasında "Şəhriyar Tədqiqat və Öyrətim Mərkəzinin" yaradılması barədə qərar verib. Millət vəkilinin saytı bildirir ki, Şəhriyar mərkəzinin məqsədi Azərbaycan dili və ədəbiyyatı üzrə elmi tədqiqat aparmaq olacaq. “Şəhriyar Tədqiqat və Öyrətim Mərkəzi İranın Fars dili və Ədəbiyyatı Akademiyasının tərkibində fəaliyyət göstərəcək. Bununla yanaşı, İran mənbələrinin xəbərlərində mərkəzin nə vaxt fəaliyyətə başlayacağı və onun əsas aparıcı dilinin Azərbaycanmı ya Fars dilimi olacağı ilə bağlı hələlik məlumat verilməyib.

XS
SM
MD
LG