Accessibility links

İranda jurnalist Səid Muğanlının evində yanğın olub


Jurnalist Səid Muğanlı
Jurnalist Səid Muğanlı

Yanğının qəsdən törədildiyi ehtimal olunur

Sentyabrın 20-də gecə saatlarında İranda türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlının (Beytullah Məhəmmədi) evində yanğın baş verib.

APA agentliyinin “Öyrənci səsi”nə istinadən məlumatına görə, yanğının qəsdən törədildiyi ehtimal olunur. Hazırda faktla bağlı araşdırma aparılır.

Səid Muğanlı bildirib ki, sentyabrın 20-də axşam saatlarında Germi şəhərində bir nəfər ona yaxınlaşaraq müxtəlif suallar verməyə başlayıb: “Bu şəxs mənim kim olduğumu biləndən sonra kobud ifadələr işlətdi və təhdid etdi. Bundan sonra məsələyə etinasız şəkildə oradan ayrılaraq evə getdim. Gecə saatlarında həyətyanı sahəmdən və əkinimdən tüstü qalxdığını və yanğın baş verdiyini gördüm. Xoşbəxtlikdən bütün ailə üzvlərimi, hətta mal-qaranı da yanğından xilas etmək mümkün oldu. Amma mənə xeyli maddi ziyan dəyib”.

Qeyd edək ki, yanğın hadisəsi Anqut şəhərinin Yelsu kəndində baş verib. Kənd şəhərdən 10 km məsafədə yerləşməsinə baxmayaraq, yanğınsöndürən maşınlar və polis əməkdaşları yanğından üç saat sonra hadisə yerinə gəlib.
XS
SM
MD
LG