Accessibility links

Baş Prokurorluq: Azərbaycan vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti Səid Nuriyevə münasibətdə tanınmır


Səid Nuri ( Foto Səid Nurinin facebook shifəsindən götürülüb)

Səid Nuri ( Foto Səid Nurinin facebook shifəsindən götürülüb)

O cinayət işli üzrə şahid qismində dindiriləcək. Səid Nuri Amerika vətəndaşı olduöunu bildirir

Səid Nuriyevin hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluqda istintaq edilən cinayət işi ilə bağlıdır. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, Azərbaycan vətəndaşı, 23 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuş və hazırda Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11, mənzil 9 ünvanında qeydiyyatda olan Nuriyev Səid Fikrət oğlunun hərəkətinin müvəqqəti məhdudlaşdırılması Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi ilə bağlıdır.

S.Nuriyevin həmin cinayət işi üzrə şahid qismində dindirilməsi və həyata keçiriləcək bəzi istintaq hərəkətlərində iştirakı zərurəti yaranıb. O, Azərbaycan vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanına müraciət etməyib.

Qüvvədə olan qanunvericiliyə görə bu halda Azərbaycan vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyəti S.Nuriyevə münasibətdə tanınmır.

Səid Nuri Azərbaycan vətəndaşlığından çıxdığını bildirib. O 2011-ci ildə Amerika vətəndaşlığını qəbul edib.

XS
SM
MD
LG