Accessibility links

Şəkər xəstəliyilə mübarizədə yeni cihaz [Video]


Şəkər xəstəliyilə mübarizədə yeni cihaz
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Dünya boyu artan sayda insanlar yaxşı yeyir və uzun həyat sürür. Lakin bununla yanaşı onlar çox az hərəkət edir. Yaxşı yemək və az hərəkət etmək şəkər xəstəliyi riskini artırır. Dünyada 422 miliyon insan bu problemdən əziyyət çəkir və xüsusən də yoxsul ölkələrdə bu getdikçə əsas problemə çevrilir.

Şəkər xəstəliyinə tutulmuş insanın müalicəsi iki faktordan aslıdır. Birincisi, xəstəliyin düzgün diaqnostikasıdır. İkincisi isə düzgün dərmanın dozasını müəyyən etməyi bacarmaq.

Düzgün olmayan diaqnostika və yanlış müalicə kursu daha çox problemlərə yol aça bilər.

Riçard Oram: “Əgər siz ikinci dərəcəli şəkər xəstəsinə birinci dərəcə olaraq diaqnoz qoysanız, onlar həyatlarının yerdə qalan hissəsini insulinə bağlı olaraq keçirəcəklər. Daha dəhşətlisi odur ki, əgər birinci dərəcəliyə ikinci dərəcə şəkər xəstəsi diaqnozu qoyulsa, o zaman onlar lazımı insulinlə müalicə olunmayacaq və həyati təhlükə ilə üzləşəcəklər.”

Eksiter Tibb Məktəbi tərəfindən yeni ixtira olunmuş cihaz xəstənin DNK-da 30 genetik variant ölçür və birinci və ikinci dərəcəli xəstəliyin risklərini hesablayır.

Alimlər hazırda daha sadə yolla, smartfon applikasiyası vasitəsilə DNK ilə müəyyən olunan test inkişaf etdirməyə çalışırlar.

Bununla yanaşı Cənubi Koreya nanotexnologiyaya dayanan şəkər xəstəliyinə yoluxanlarda injeksiya zamanı ağrı və stresi aradan qaldıracaq strip inkişaf etdiriblər.

“Cihaz vasitəsilə qandakı şəkər miqdarını qan nümunəsi götürmədən və iynə batırmadan qlyukoza səviyyəsinə nəzarət etmək olar.”

Cihazın mikroiynəsi ağrı hiss etdirmədən toxuma daxil olur. Cihaz qlükoza səviyyəsinin normaldan yüksək olduğunu hiss etdiyi vaxt, kiçik qızdırıcı element lazımı dərmanı qan dövranına daxil edir.

Sınaq siçanlar üzərində müvəffəqiyyətlə keçib. Alimlər ümid edir ki, onlar yaxın zamanlarda cihazı insanlar üzərində sınaqdan keçirəcək.

Bu yolla təcrübələr baha olsa da, alimlər deyir ki, kütləvi istehsala başlayandan sonra qiymətlər ucuzlaşacaq.

XS
SM
MD
LG