Accessibility links

AXCP Şəki təşkilatının sədri saxlanıb


İslam Həsənov (Foto Həsənovun facebook səhifəsindən götürülüb)
İslam Həsənov (Foto Həsənovun facebook səhifəsindən götürülüb)

Martın 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon/şəhər şöbəsinin sədri İslam Həsənov şəhərdəki çayxanalardan birində olarkən polis tərəfindən saxlanılıb. Bu barədə Turana AXCP Ali Məclisinin Şəkidən olan üzvü Əli Abdullayev bildirib.

“Saat 17 radələrində üç polis əməkdaşı çayxanada olduğumuz zaman İslam Həsənovu polis şöbəsinə apardı. Hazırda polis şöbəsinin qabağındayıq. Həsənovun saxlanmasının səbəbi ilə bağlı hər hansı məlumat vermirlər”, o qeyd edib.

Xatırladaq ki, martın 30-da AXCP Şəki şöbəsinin keçmiş sədri Rauf Əbdürrəhmanlı da polisə çağırılması barədə feysbuk profilində məlumat yayıb. . R.Əbdürrəhmanlı hazırda Bakıda olduğu üçün polisə gələ bilməyəcəyini deyib.

XS
SM
MD
LG