Accessibility links

Demokratik Qüvvələrin Məşvərət Məclisi Seçki Məcəlləsinin təkmilləşdirilməsi təklifləri ilə çıxış edib


Turkish riot police use water cannon to disperse demonstrators protesting outside the Supreme Electoral Council (YSK) in Ankara against local election results which the Islamic-rooted party of Premier Recep Tayyip Erdogan claimed sweeping victories.
Turkish riot police use water cannon to disperse demonstrators protesting outside the Supreme Electoral Council (YSK) in Ankara against local election results which the Islamic-rooted party of Premier Recep Tayyip Erdogan claimed sweeping victories.

Sənəd Seçki Məcəlləsinə münasibətdə bütün partiyaların dəstəklədiyi təklifləri əks etdirir. Müxalifət azad və ədalətli seçki istəyir

Demokratik Qüvvələrin Məşvərət Məclisi (DQMM) Seçki Məcəlləsinə dair memorandumla bağlı ictimai müzakirələr keçirib.

Qurumun təsisçilərindən Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər seçki məsələsi ilə bağlı müxtəlif siyasi birliklərin sənəd və bəyanatları olduğunu deyib.
Seçkilərin keçirilməsinə 11 ay qalmasına baxmayaraq, müxalifət qüvvələrinin pərakəndə qruplar halında olduğu iddia edilib. Hazırkı sənədin müzakirəsinin müxalifəti vahid seçki sənədi ətrafında birləşdirə bilmək üçün nəzərdə tutulduğu vurğulanıb. Müxalifətin vahid birlik halında əməkdaşlığı mümkün olmadığı halda funksional əməkdaşlığının zərurətə döndüyü qeyd edilib.

Bununla yanaşı, müxalifət qüvvələrinin demokratiyaya keçidin vahid strategiyasını müəyyən etməsinin vacibliyi önə çəkilib. Xalqın, beynəlxalq demokratik qüvvələrin ölkə müxalifətindən ciddi birlik gözlədiyi qeyd olunub və bu addımın artıq sosial tələb olduğu iddia edilib.

Memorandumu hazırlayan müstəqil hüquqşünaslar adından danışan Hafiz Həsənov ölkədəki bütün problemlərin kökündə “seçki məsələsi”nin durduğunu deyib.

Memorandum Seçki Məcəlləsinə münasibətdə bütün partiyaların dəstəklədiyi təklifləri əks etdirir. Memorandum proporsional seçki sisteminin bərpası, seçki komissiyalarının tərkibinə yenidən baxılması, namizədlərin irəli sürülməsi prosesinin təkmilləşdirilməsi, seçki öncəsi ədalətli təbliğat şəraitinin yaradılması, seçki hüququnun pozuntularına dair şikayətlərin araşdırılması, səslərin sayılmasının şəffaflaşdırılması istiqamətlərini əhatə edir.

Sənədi hazırlayan qrup seçkiyə az vaxt qaldığı üçün hədəf kimi qarşıya bütün seçki sistemini yox, ədalətli seçki keçirməyə imkan verən hissələri dəyişdirməyi məqsəd qoyduğunu nəzərə çatdırıb.

Memorandumda seçki komissiyalarının seçkidə iştirakçı olan əsas siyasi qüvvələr arasında balanslı təşkil olunması nəzərdə tutulur. Bu təklifi ATƏT-in də səsləndirdiyi vurğulanıb. Namzədliyin qeydə alınması üçün imza toplanışındakı məhdudiyyətlərin aradan qaldırılması, imzaların düzgünlüyünü müstəqil ekspertlərin yoxlaması, kampaniya müddətinin 120, təbliğat müddətinin 60 günə qədər uzadılması, sərbəst toplaşmaq azadlığının təmin olunması, KİV-lərdə namizədlərə bərabər şərait yaradılması məsələlərinə xüsusi diqqət yetirilib.
Daha sonra memorandum ətrafında müzakirələr olub. Natiqlər sənədin digər siyasi birliklər tərəfindən müzakirə olunmasını tövsiyə edib.

DQMM 2012-ci ilin sentyabrında təsis edilib və ətrafında 14 partiyanı birləşdirir. Birliyin əsas məqsədi ölkədə demokratik dəyişikliklərə nail olmaqdır.
XS
SM
MD
LG