Accessibility links

Şəki mədəniyyət işçilərinə 100 il həbs istənilib


Şəki Ağır Cinayətlər Məhkəməsi

Şəki Ağır Cinayətlər Məhkəməsi

Onlar dövlət vəsaitini mənimsəməkdə günahlandırılır

Şəki Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət və Turizm Nazirliyinin Şəki Mədəniyyət və Turizm şöbəsinin 14 əməkdaşının cinayət işi üzrə məhkəmə baxışı başa çatmaqdadır. Dünən dövlət ittihamçısı məhkəmədən ittiham olunanlara 4 ildən 11 ilədək (ümumilikdə 100 ilə yaxın) azadlıqdan məhrumetmə cəzası istəyib. Şöbənin müdirinə 9 il həbs istənilib.

2010-cu ildə Şəki Mədəniyyət və Turizm şöbəsinin işçilərinə qarşı Cinayət Məcəlləsinin 179.3.2 mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Onlar 2 milyon 200 min manat dövlət vəsaitini mənimsəməkdə günahlandırılır.

Oktyabrın 5-də məhkəmə prosesi davam edəcək.

İstintaq və məhkəmə istintaqı dövründə ittiham edilənlərdən heç kimin barəsində həbs qətimkan tədbiri seçilməyib. Dövlət vəsaitini mənimsəməkdə günahlandırılanların 13 nəfəri, o cümlədən müdir Aydın İbrahimxəlilov hazırda da vəzifələrini icra edir.
XS
SM
MD
LG