Accessibility links

Seksual təcavüzdə ittiham edilmiş sabiq BVF rəhbəri müsahibə verib

  • Amerikanın səsi

Seksual təcavüzdə ittiham edilmiş sabiq BVF rəhbəri müsahibə verib

Seksual təcavüzdə ittiham edilmiş sabiq BVF rəhbəri müsahibə verib

Beynəlxalq Valyuta Fondunun sabiq rəhbəri Dominik Ştrauss-Kahn fransız telekanalına bildirib ki, o, Nyu York otelinin xadiməsi ilə cinsi əlaqəyə girməsinə peşmandır, amma o, zorlama ittihamını yalan adlandırıb.

Nyu York polisi onu may ayında həbs edəndən bəri Ştrauss-Kahn ilk dəfə olaraq televiziya müsahibəsi verib. Ondan müsahibəni həyat yoldaşının TF1 telekanalında çalışan rəfiqəsi alıb.

Ştrauss-Kahn deyib ki, onun xadimə ilə əlaqəsi qarşılıqlı razılıq əsasında olub, və o, burada heç bir zorakılığın olmadığını bildirib. O, insidenti “mənəvi qüsur” adlandırıb.

Sabiq BVF rəhbəri həmçinin fransız yazıçı Tristan Banonun onu 2003-cü ildə zorlaması haqda ittihamını inkar edib. O, bu ittihamı da “fantaziya” adlandıraraq, əlaqənin razılaşdırılmış olduğunu deyib.

XS
SM
MD
LG