Accessibility links

Yağışlar Azərbaycanın bəzi bölgələrində ciddi fəsadlar yaradıb [Video]


Sentyabrın 1-də yağan yağışlar İsmayıllıda, Qubada, Xaçmazda və ölkənin bəzi bölgələrində ciddi fəsadlar yaradıb

Sentyabrın 1-də yağan yağışlar İsmayıllıda, Qubada, Xaçmazda və ölkənin bəzi bölgələrində ciddi fəsadlar yaradıb

Sel suları Quba-Xınalıq yolunun 29-cu kilometrliyində körpünü də qəzalı vəziyyətə salıb

Sentyabrın 1-də yağan yağışlar İsmayıllı, Quba, Xaçmaz və ölkənin bəzi bölgələrində ciddi fəsadlar yaradıb. Bəzi kəndlərlə avtomobil əlaqəsi kəsilib, işıqlar sönüb. Əkin sahələrinə, ev təsərrüfatlarına ziyan dəyib.

Sentyabrın 1-də yağan yağışlar İsmayıllıda, Qubada, Xaçmazda və ölkənin bəzi bölgələrində ciddi fəsadlar yaradıb

Sentyabrın 1-də yağan yağışlar İsmayıllıda, Qubada, Xaçmazda və ölkənin bəzi bölgələrində ciddi fəsadlar yaradıb

Turanın verdiyi məlumata görə sel suları Quba-Xınalıq yolunun 29-cu kilometrliyindəki körpünü də qəzalı vəziyyətə salıb, yolda avtomobillərin hərəkəti dayandırılıb.

Yolun tamamilə su altında qalması nəticəsində Xınalıq ilə yanaşı, daha 7 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

Quba rayonunda isə seldən Qonaqkənd, Cimi, Utuq kəndləri daha çox ziyan çəkib. Bu kəndlərdə sel suları bəzi evlərə dolub, işıq dirəklərini aşırıb. Bu səbəbdən yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində çətinlik yaranıb.

Bundan əlavə İsmayıllı rayonuna güclü leysan və dolu düşüb.

Yağıntı, əsasən ucqar dağlıq ərazilərdə yerləşən Qalacıq, Sumaxallı, İstisu və Çayqovuşan kəndlərini əhatə edib. Təbiət hadisəsi nəticəsində evlərin və tikililərin dam örtüyünə, eyni zamanda vətəndaşlara məxsus avtomobillərə ziyan dəyib.

Sentyabrın 1-də yağan yağışlar İsmayıllıda, Qubada, Xaçmazda və ölkənin bəzi bölgələrində ciddi fəsadlar yaradıb

Sentyabrın 1-də yağan yağışlar İsmayıllıda, Qubada, Xaçmazda və ölkənin bəzi bölgələrində ciddi fəsadlar yaradıb

Hazırda sözügedən kəndlərə gediş-gəliş qismən məhdudlaşıb. Yollarda yarğanlar əmələ gəlib.

Sentyabrın 1-i axşam saatlarında və 2-nə keçən gecə güclü yağış ölkənin bəzi bölgələrində ciddi fəsadlar törədib.

Beləki Qəbələ rayonunun Laza kəndinə yağan yağış nəticəsində Dəmiraparan çayının suyu çoxalaraq sel əmələ gəlib.

Fövqəladə Hallar Komissiya sədrləri bildiriblər ki, xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfər təxliyə edilib.

Rayonların fövqəladə hallar komissiyasının sədrləri yerli mediayaya hazırda seldən zərər çəkən ərazilərə baxış keçirldiyini, fəsadların aradan qaldırılması və dəymiş ziyanının araşdırılması istiqamətində tədbirlər görüldüyünü deyirlər.

Hava şəraitinə gəldikdə isə sinoptiklərin sözlərinə görə, yağıntılar davam edəcək, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya açıqlamasında isə deyib ki, Azərbaycanın şimal bölgəsində baş verən sel hadisələrindən sonra buradakı bəzi çaylardan, eləcə də Şəki-Zaqatala, Lənkəran-Astara zonasındakı çaylardan sellərin keçəcəyi gözlənilir.

“Hazırda Böyük Qafqazın cənub yamac çaylarında - Kürmükçay, Şinçay, Kişçay, Dəmiraparançay, Göyçay, Girdimançay, şimal-şərq yamacda Darçay, Qudyalçay, Vəlvələçay və Lənkəran zonası çaylarında sel keçmə ehtimalı çox böyükdür. Belə davam edərsə, sellərin baş vermə ehtimalı çox böyükdür. Əsas təhlükə Şəki-Zaqatala, Quba-Xaçmaz, qismən də Lənkəran zonasındadır” deyə o, bildirib.

XS
SM
MD
LG