Accessibility links

Selena Qomez Castin Biberin məhkəmə işi ilə əlaqədar dindiriləcək


Castinin Biber görünür arzularına çatır. Ona görə ki, onu Selena haqda sorğu-sual etməyəcəklər... Axı Castin ondan Selena haqda sorşulmamasını istəyirdi .... Amma indi onlar hər şeyi Selenanın özündən öyrənəcəklər.

TMZ xəbər verir ki, Selena Qomezin Castin Biberin fotoqrafı döyməsinə dair məhkəmə suallarına cavab verməsi tələb edilir.

Ehtimal edilir ki, hücum 2012-ci ildə baş verib. Fotoqraf Castinin onun qarnından vurduğunu deyib və indi o, Selenanın orada olduğunu və baş verənləri gözləri ilə gördüyünü iddia edir.

Bu, Mayamidə fotoqrafın Biberə qarşı irəli sürdüyü məhkəmə prosesindən fərqlidir. Amma indi TMZ Selenanın bu məsələyə dair də dindirilməsini istədiyi barədə xəbər verir.

Onlar hadisə barədə Selenanın hekayəsini dinləmək istəyirlər. Selena Qomez çox güman ki, hər iki proses haqda bəzi cavablarda tam səmimi olmasın.

Hər halda hadisələrin cərəyanını Selenanın nöqteyi-nəzərindən izləmək maraqlı olacaq.
XS
SM
MD
LG