Accessibility links

Selena Qomez Stars Dance adlı qastrol səfərini pərəstişkarlarına sevgisini nümayiş etdirməyə həsr edəcəyini deyirdi. Amma deyəsən müğənni artıq diqqəti özünə yönəltməyə qərar verib. Selena Qomez Avstraliyaya qarşıdan gələn səfərini təxirə salıb. Açıqlamada 21 yaşlı müğənni pərəstişkarlarının onun üçün olduqca dəyərli olduğunu və onları heç bir zaman məyus etmək istəmədiyini deyib. Sabiq Disney ulduzu sadəcə üzərində işləməsi üçün özünə vaxt ayırmağın vacib olduğunu deyib. Müğənni həm də onun üçün dəyərli olan pərəstişkarlarından üzr istədiyini deyib. E! News-a istinadən müğənni altı il dayanmadan işlədikdən sonra taqətdən düşüb. İndi o, əsasən də bayram ərəfəsində vaxtını ailəsi ilə keçirmək istəyir. Avqust ayında Vankuverdən 56-şəhəri əhatə edən qastrola start verən müğəni deyəsən yorulub. Amma Selena səhnə ilə vidalaşmaq fikrində deyil.
XS
SM
MD
LG