Accessibility links

Selena Qomez menecerləri qismində çalışan valideyinlərini xəbərdarlıq etmədən işdən azad edib.

Deyilənə görə hər şey Selena Qomez özündən çox yaşlı kişilərlə görüşmək istəməsindən başlayıb.

TMZ yazır ki, Selena Qomezin anası menecerlik vəzifəsindən uzaqlaşdırıldığı barədə qızının ona heç bir xəbərdarlıq etmədiyini deyib.

21 yaşlı müğənninin anası Mendi ilə atalığı onun həqiqətən də digər istiqamət seçməsinə əmin olub-olmadığını soruşub. Selena isə əmin olduğunu bildirib.

Amma Mendi bu söhbətin hər şeyin sonu deyil, sadəcə söz-söhbət olduğunu düşündüyünü deyir.

Mendi Selenanın artıq karyerasında böyüdüyünü düşündüyünü və daha böyük menecerlərlə işləmək istədiyini anlamaqda çətinlik çəkir.

Radar Online yazır ki, Selenanın özündən yaşlı oğlanlarla görüşmək istəməsi onun Biberlə artıq görüşməyəcəyi deməkdir.

UsWeekly bundan bir qədər əvvəl yazırdı ki, Selenanın valideyinləri Biberin qızlarına mənfi təsir etdiyini düşünür.
XS
SM
MD
LG