Accessibility links

Florida ştatındakı bu gözəl evin dəyəri 38.5 milyon dollardır. Haradan bilirik? Müğənni Selin Dion bu evini satışa qoyub. Amma qiymətin çox olduğunu düşünürsünüzsə, yalnış düşünürsünüz. Bu evin qiyməti əvvəllər ondan da baha olub.

Müğənni 2013-cü ildə bu evi 72 milyon dollara satışa qoymuşdur. Lakin müştəri tapa bilmədikdə, qiyməti aşağı salıb.

929 kvadrat metr ölçüdə ev çimərlik kənarında 4046 kvadrat metrlik ərazini əhatə edir. Malikanəyə akvapark, süni axar çay, ağac ev və tennis meydanı daxildir.


Əsas evin 5 yataq otağı, və hər yataq otağının özünün vanna otağı, hündür tavanları, mətbuat otağı, lifti və iki mətbəxi var.

Bundan başqa malikanədə dörd yataq otağı olan iki ev və bir hovuz evi də var.
Selin Dionun yaşadığı evi almaq istəyirsinizsə, buyura bilərsiniz.

XS
SM
MD
LG