Accessibility links

Səməd Seyidov: Yoxlamanı mən özüm dəvət etmişəm


Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov

Respublika Prokurorluğunda Dillər Universitetindəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycan Dillər Universitetində sifariş əsasında yoxlama aparılması ilə bəzi KİV-də yayılan məlumatların əsası yoxdur. Bu məlumatlar tamamilə cəfəngiyatdır. Bu barədə Amerikanın Səsi radiosuna Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov bildirib.

O şəxsən özünün Hesablama Palatasına yoxlama aparılması üçün müraciət etdiyini deyib. “Mənim şübhələrim var idi. Bu səbəbdən də bu ilin mayında Hesablama Palatasına yoxlama aparılması üçün müraciət etdim və araşdırma nəticəsində müəyyən faktlar ortaya çıxdı. Təbii ki, bunun əsasında cinayət işinin qaldırılması qanunauyğundur” deyə - rektor qeyd edib.
Öz növbəsində, Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Hesablama Palatasının apardığı yoxlamadan sonra Azərbaycan Dillər Universitetində baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, təftiş dövründə universitetin maddi məsul şəxsləri tərəfindən müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına və vəzifə maaşlarına əlavələr düzgün hesablanmayıb, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənilib. Təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb.

Bundan başqa universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərcləri ilə bağlı külli miqdarda dövlət vəsaiti mənimsənilib.
XS
SM
MD
LG