Accessibility links

ABŞ Senatında Azərbaycanla bağlı dinləmə keçirilib [Yenilənib]


senate

senate


Noyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində “Şərq tərəfdaşlığında mühüm an: Ukrayna, Moldova, Gürcüstan, Belarus, Ermənistan və Azərbaycan üçün perspektivlər” mövzusunda dinləmə keçirilib. Komitənin Avropa məsələləri üzrə alt komitəsində keçirilən dinləmələrə Konnektikut ştatından demokrat senator Kris Mörfi sədrlik edib.

Amerika qanunvericilərinin ABŞ-ın bu ölkələrlə bağlı siyasətinə dair sualları cavablandırmaq üçün dinləməyə ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland, Vaşinqtonda yerləşən Beynəlxalq İqtisadiyyata dair Peterson institutunun aparıcı təhlilçisi Anders Aslund, Atlantika Şurasının icraedici vitse-prezidenti Damon Vilson və Heritage fondunun aparıcı eksperti Ariyel Kohen dəvət edilib.

Xanım Nuland jurnalistlərə bildirib ki, Azərbaycan bölgədəki strateji əhəmiyyəti böyükdür. O, ABŞ və Azərbaycanın çox dərin, güclü iqtisadi, təhlükəsizlik və siyasi əlaqələrə malik olduğunu, bunların regionda münasibətlərin kökündə duran əlaqələr olduğunu deyib. Viktoriya Nuland ABŞ-ın hər zaman Azərbaycanın müstəqil qərarlarını alqışladığını bildirib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Nyu-Cersi ştatından demokrat senator Robert Menendesdir.
XS
SM
MD
LG