Accessibility links

Senat büdcə planını qəbul etdi


Ağ Ev ABŞ Senatının bu gün səhər saatlarında büdcə planına dair qanunu qəbul etməsini alqışlayıb. Son 4 ildə ilk dəfədir ki, Senat büdcə planı qanununu qəbul edir.

Ağ Ev açıqladığı bəyanatda büdcə planının balanslı olduğunu bildirib. Bəyanatda deyilir ki, yeni plan zəngin amerikalılar üçün vergi boşluqlarını aradan qaldırır və üzumsuz xərcləri ixtisar edir.

Senet planı cəmi bir səs çoxluğu ilə qəbul edib: 50-49. Qanun qəbul olunmasınını qarşısını almaq üçün 4 Demokrat senator Respublikaçılara qoşulsa da, demokratların çoxluq təşkil etdiyi qanunverici orqanda qanun qarşısının alması baş tutmayıb.

Qətnamə qarşıdakı 10 il ərzində vergi gəlirlərini 1 trilyon dollar artırmaqdır. Bu, vergi boşluqlarının doldurulması və hökumət xərclərinin ixtisarı ilə həyata keçiriləcək.

Qanunun 2009-cu ildən bəri qəbul edilə bilməməsinə görə Demokrat senatorlar tənqid obyektinə çevrilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG