Accessibility links

ABŞ Senatı bir neçə gün davam edən siyasi manevrlərdən və hökumətin bağlanmaq təhlükəsi qarşısında qala bilməsindən sonra 1,1 trilyon dollarlıq büdcəni təsdiq edib.

Hökumətin yeni maliyyə ili üçün büdcə layihəsi şənbə günü axşam keçirilən səsvermə zamanı 56 lehinə, 40 lehinə səslə qəbul edilib. Qanun layihəsi ABŞ prezident Barak Obama tərəfindən imzalanmaq üçün Ağ Evə göndərilib. Prezident Obama qanunun qüvvəyə minməsi üçün ona imza atacağını deyib.

Texas ştatından respublikaçı konqresmen Ted Kruz prezident Barak Obamanın səlahiyətlərindən istifadə edərək mühacirət planı üçün istifadə edə biləcəyi maliyyə fondlarının ixtisar edilməsinə çağırıb.

Prezident Obama büdcəyə dair qanun layihəsində bəzi maddələrdən razı qalmadığını desə də, sənədin digər bölmələrində səhiyyə sığortası, iqlim dəyişikliyi, kiçik yaşlı uşaqların təhsili və yeni iş yerlərinin açılmasını nəzərdə tutulduğunu bildirib.

2015-ci il üçün büdcə layihəsi Konqresin Nümayəndələr Palatasında cümə axşamı günü təsdiq edilmişdi.

XS
SM
MD
LG