Accessibility links

ABŞ-ın 75 yaşlı senatoru Harri Rid dünən axşam evində idman edərkən yıxılaraq bir neçə qabırğasını və üzünün sümüklərini sındırıb. Senatorun ofisindən verilən məlumata görə, o, gecəni Nevadada hospitalda keçirib.

Senatda Nevada ştatını təmsil edən demokrat senator idman qurğusu ilə məşq edərkən qurğudan bir hissə sınaraq ona dəyib və senator yerə yığılıb.

Həkimlər onun tezliklə sağala biləcəyini və gələn həftə Senatın növbəti sessiyası üçün Vaşinqtona geri qayıda biləcəyini deyib.

Bəyanatda bildirilir ki, Senat Demokratlarının lideri dünən gecə Las Vegasda Universitet Tibbi Mərkəzində qalaraq müalicə edilib.

XS
SM
MD
LG